Müəllimlərin ixtisasartırmasında yenilik olacaq

Müəllimlərin ixtisasartırmasında yenilik olacaq

“Azərbaycanda müəllimlərin ixtisasartırma modulları yenilənəcək”.Bunu təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” təhsil idarəedənlərinin respublika müşavirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yeni işə qəbul olunan müəllimlərin keyfiyyət göstəriciləri yüksəlib: “Müəllimlik ixtisasında oxuyan tələbələrin pedaqoji təcrübəsi ölkənin bütün ümumi təhsil müəssisələrində aparılmalıdır”.

Nazir qeyd edib ki, ötən iki ay ərzində 132 məktəbə yeni direktor təyin olunub.

O əlavə edib ki, məktəb bazasında peşə təmayülünün daha da genişlənməsi əsas prioritetlərdən biri olacaq: “Yerli təhsil idarəetmə qurumlarının hesabatlılığı artırılmalıdır. Təhsildə valideyn amilinə xüsusi diqqət yetirilməlidir. Bundan başqa, bütün ölkə boyu xüsusi istedadlı uşaqların seçimi prosesi aparılır və indiyədək 60 sinif yaradılıb və bu proses diqqət mərkəzində olacaq”.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__55193438

məndə bilmək istəyirəm ki, məktəbdə çalışan laborntlara dioqnostik qiymətləndirmə olacaqmı

Qonaq__58778728

Fevral ayında 65 yası tamam olmuş müəllim nə qədər işləyə bilər

Səhr yaz

......