Müəllimlər əməkhaqlarını belə hesablayacaq

Müəllimlər əməkhaqlarını belə hesablayacaq

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün online kalkulyator xidməti istifadəyə verilib.
Bunun üçün Təhsil Nazirliyinin internet saytının “Aktual keçidlər” bölməsindən “Online kalkulyator”https://edu.gov.az/az/calckeçidini seçmək lazımdır. Təhsil Nazirliyindənbildiriblər ki, online kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqlarını hesablama imkanı əldə edəcəklər.
Müəllimlər “Onlayn kalkulyator” (https://edu.gov.az/az/calc) keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli və “hesabla” düyməsini seçməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları sağ tərəfdə açılan cədvəl vasitəsilə əldə edə biləcəklər.
Yeni xidmətin yaradılmasının məqsədi müraciət və şikayətlərin sayının azaldılması, şəffaflığın artırılmasıdır. Gələcəkdə ilk peşə və orta ixtisas, ali təhsil müəssisələrində çalışan müəllimlərin də əməkhaqlarının online kalkulyator vasitəsilə hesablanması nəzərdə tutulur.
Mətləb Salahov

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__23898282

hərbi rəhbərlərin maaşını nəyə görə hesablamır? Xahiş edirəm məlumatlandırın

Qonaq__23922063

mən maaşı hesablaya bilmədim.

Qonaq__24010706

Salam mən maaşi hesabladim amma orda hesablada 484m yazıldı.aşağıda isə 575 manat yazıldı indi mənım maaşim hansıdır? 18 il stajim var 23 saatım var ali tehsilliyem diaqnostik imtahandan keçmişəm

Qonaq__24029675

çox gûclü emek haqqi verirler axi hesablamaq çetindi

Ev təhsilni hesablama qrafası yoxdur.həm dı qaçqınlardan vergi tutulma qaydası fərqlidir.Burda isə bunlar hesablamaq mümkün olmadı

Qonaq__24057623

Salam.Mən maaşımı hesabladım.Düz alındı.

Qonaq__32985779

Qorxuram emek haqqimi hesablasam kalkulyatar partlayar.yaziq olar.

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed