Müəllimlərə də ipoteka veriləcək!?

Müəllimlərə də ipoteka veriləcək!?

Azərbaycan vətəndaşlarının əsas problemlərindən biri mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlıdır.

Prezidentin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə ipoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manat vəsaitin ayrılacağını açıqlaması evsiz insanlar üçün şad xəbər oldu.

Ekspertlər hesab edir ki, bu vəsait çox sayda ailənin evlə təmin olunmasına gətirib çıxaracaq. Lakin nəzərə almaq lazımdır ki, ipoteka şərtləri də çox ağırdır. Məsələn, şərtlərdə maaşın yüksək olması müəllim və həkimlərin bu kreditlərdən faydalanmasının qarşısını alır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az saytına deyib ki, məsələ yaxın vaxtlarda öz həllini tapacaq: "Bu barədə cənab prezidentin göstərişi var. Hökumət Mərkəzi Bankla birgə ipoteka şərtlərinin yüngülləşdirilməsi, imkanların dəyərləndirilməsi üzərində işləyir. Yəqin ki, yaxın vaxtlarda nəticələri görəcəyik".

Musa Quliyevin fikrincə, müəllim və həkimlərin sosial ipotekadan yararlanması üçün xüsusi şərtlər müəyyənləşdirilməlidir: "Müəllim və həkimlərin də ipoteka kreditindən yararlanması məsələsi çox vacibdir. Onların sosial ipoteka imkanlarını genişləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, sosial ipoteka alan şəxslərin siyahısında müəllim və həkimlərin adı yoxdur. Bu zümrədən olanlar həm az maaş aldıqlarına, həm də dövlətin, cəmiyyətin inkişafında xüsusi xidmətləri olduğuna görə dövlətin onlara dəstəyi mütləqdir.

Hesab edirəm ki, bu vacib, yerində edilən təklifdir və hökumət də bunun üzərində düşünməlidir. Müəllimlərin və həkimlərin sosial ipotekadan yararlanması üçün xüsusi şərtlər müəyyənləşdirilməlidir.

Bununla onların da uzunmüddətli kreditdən yararlanması və mənzil şəraitinin yaxşılaşdırılması mümkündür. Məncə, bu, sözügedən peşə sahiblərinə yüksək hörmətin nəticəsi olacaq".

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__12942777

Dovlet mwellimlere mutleq destek olmalidir.

Qonaq__12944654

muellim pesesi en layiqli pese amma ne yaziqki banga gedib pul isteyende muellim maasiiyla nece odeyersen sualini verirler.kaski muellim maasi o qeder olsunki 3-4 ile ozu ev ala bilsin ipatekaya hec gerey olmasin

Qonaq__12952521

Çox yaxşı olardı.biz müəllimlər də yararlansaq əla olardı.inanıram kı,Cənab Prezıdentımız İlham Əliyevin müəllimlərə verdiyi ən böyük töhvəsi olacaqdır.İMRAN Müseyibov Xaçmaz Rayonu.

Qonaq__12404139

insallah!!!!!!!!!!

Qonaq__13024250

Cox gozel teşebbusdur

Qonaq__11563376

allah sizden razi olsun

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed