İyunun 2-də və 3-də keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin nəzərinə!

İyunun 2-də və 3-də keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin nəzərinə!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyun ayının 2-də Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin XI siniflərində, iyunun 3-də isə IX siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir.
Eyni vaxtda Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında orta ümumtəhsil müəssisələrinin XI və IX siniflərinin rus bölməsi şagirdləri də buraxılış imtahanı verəcəklər.
İşğal olunmuş rayonların Bakı şəhərində yerləşən orta məktəblərinin şagirdləri də qeyd olunan tarixlərdə buraxılış imtahanı verəcəklər.
Həmin imtahanlarda iştirak edəcək şagirdlərə təqdim olunması üçün İmtahana buraxılış vərəqələri TQDK tərəfindən orta ümumtəhsil məktəblərinə verilmişdir. Şagirdlər İmtahana buraxılış vərəqələrini mayın 21-dən etibarən təhsil aldıqları orta məktəbdən əldə edə biləcəklər.
Adına İmtahana buraxılış vərəqəsi olmayan şagirdlər təhsil aldıqları orta ümumtəhsil müəssisəsinin rəhbərliyinə müraciət etməlidirlər.
TQDK tərəfindən şagirdlərə pulsuz olaraq verilməsi üçün “Yaddaş kitabçası” da təqdim olunmuşdur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed