?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Hansı rayonun təhsil şöbəsinin müdiri işdən QOVULDU və nə səbəbdən?

Hansı rayonun təhsil şöbəsinin müdiri işdən QOVULDU və nə səbəbdən? - 1

Salyan Rayon Təhsil Şöbəsinin müdiri Əbülfət Ağababa oğlu Bədəlov vəzifədən uzaqlaşdırılıb.

Milli.Az bildirir ki,musavat.com-un əldə etdiyi məlumata görə, Ə.Bədəlov işdə yol verdiyi nöqsanlara görə vəzifədən kənarlaşdılıb.

Ə.Bədəlov 2010-cu ilin aprel ayından bu vəzifəni icra edirdi. O, əvvəllər 50 saylı Salyan-Neftçala Dairə Seçki Komissiyasının sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, keçmiş təhsil şöbəsinin fəaliyyəti zamanı yol verdiyi qanunsuzluqlarla bağlı mətbuatda dəfələrlə məlumatlar yer alıb.

Ə.Bədəlovun təhsil şöbəsinin müdiri olduğu müddətdə müəllimlərin maaşından qanunsuz haqq tutması, yeni dərs illərində siniflərin bölgüsü zamanı müəllimlərdən rüşvət tələb etməsi kimi şikayətlər mətbuatın gündəmində yer alıb.

Məsələ ilə bağlı Ə.Bədəlovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Ə.Bədəlovun telefonu söndürülmüşdü.

Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 14 dəfə baxılıb

Yazılmış sərhlər

Qonaq__10973546 - 08.09.2015
Bu rüşvər məsələsi Deyil!İndi hansı məmur rüşvət almır ki...Nə isə başqa zaddıı.................

Öz şərhinizi yazın

Bağla
.....