Hansı rayonlarda direktor təyini müsabiqəsi keçiriləcək?

Hansı rayonlarda direktor təyini müsabiqəsi keçiriləcək?

Yaxın vaxtlarda Azərbaycanın Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarındakı orta məktəblərə direktorların yeni qaydalarla təyin edilməsi ilə bağlı müsabiqənin başlanılacağı gözlənilir.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev bildirib.

Artıq bir ildən də çox müddət ərzində Bakıda direktorların yeni qaydalarla işə qəbul olunduğunu xatırladan şöbə müdiri qeyd edib ki, indiyədək rayonlarda direktorluğa təyinat üçün rayon təhsil şöbələri təqdimat verirdi: “Amma indi meyarlara uyğun gələn istənilən şəxs müsabiqədə iştirak üçün sənəd verə bilər. Namizəd musabiqədən uğurla keçərsə, onun təyinatına artıq nazirlik baxacaq”.

İ.Nağıyev əlavə edib ki, müsabiqə elan olunduqdan sonra namizədlər sənəd verəcək, müvafiq test imtahanı və müsahibədən keçəcəklər: Müsabiqədən uğurla keçən namizədlər təlim kursuna cəlb ediləcək. Namizəd bir sıra istiqamətlər üzrə nəzərdə tutulan müddətdə biliklərini təkmilləşdirdikdən sonra ona “Uğur sertifikatı” verilir. Direktorluğa təyin edilməsi zamanı namizədin “Uğur” sertifikatı"nın olması əsas götürülür. Amma bu, hələ o demək deyil ki, sertifikatı olan namizəd mütləq direktor olmalıdır. Çünki bir yerə bir necə namizəd ola bilər və nazirlik onlardan birini seçir”.

Vakant direktor yerlərinin TN tərəfindən toplanıldığını deyən İ.Nağıyev bildirib ki, müsabiqə keçirildikdən sonra bu vakant yerlərə namizədlərdən hansının uyğun gəlib-gəlməməsi məsələsinə baxılacaq.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__15747233

basqa isiniz yoxdur?

Qonaq__15680520

Novbeti muellimlerin diaqnostik qiymetlendirilmesi ne vaxt olacaq ve ixtisasini deyismis/|qeyri-ixtisas/ muellimleri istirak edeceklermi?

Qonaq__15446504

Həmin bölgələrdə direktor işləmək istəyənlər yalnız öz ərazilərinin müəllimlərimi ola bilir, yaxud başqa regionlardan da namizədlər müraciət edə bilərmi?

Qonaq__13483998

oquzda diaqnostik qiymetlendirme ne vaxdir

Qonaq__15906353

Pese liseyinin muellimleri ne vaxt diaqnosdiq qiymetlendirmeden kececek??

Qonaq__15446504

Cavablarımız hardan oxumalıyıq?

Qonaq__15924687

telim ödənişlidirmi? təlim olan zaman müəllimin iş saatına düşərsə bu necə həll olunacaq?

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed