?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Hansı alimə "Şərəf" ordeni təqdim edildi?

Hansı alimə "Şərəf" ordeni təqdim edildi? - 1

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi münasibətilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq görülən bir qrup alim və mütəxəssis arasında Azərbaycanın ən qocaman və ilk informatik alimi İsmayıl İbrahimov da var.

Akademiyadan Trend-ə verilən məlumata görə, əməkdar elm xadimi, akademik İsmayıl Əli oğlu İbrahimov Prezidentin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Şərəf" ordenini alimə öz evində təqdim edərək onu təbrik edib. İ.İbrahimov göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə, AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

Həyatın hər çətinliyi ilə üzləşən qocaman alim bir əsrlik həyatının son gününə qədər elmlə məşğul olacağını deyib.

Azərbaycanın ilk informatik alimi "İstehsalatın səmərəliliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi" adlı işinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülüb.

İ.İbrahimov AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilən vahid milli elmi informasiya fəzasının formalaşdırılması və Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası məqsədini daşıyan "Elektron elm" proqramı layihəsinin elmi məsləhətçisidir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində kadrların yetişdirilməsində böyük xidmətləri vardır. Nəzarət ölçü cihazları üzrə ilk mütəxəssisdir.

Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 10 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Öz şərhinizi yazın

Bağla
.....