Gələn həftədən şagirdlərin elektron yerdəyişməsinə start veriləcək

Gələn həftədən şagirdlərin elektron yerdəyişməsinə start veriləcək

Oktyabrın 23-ü saat 15:00-dan 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək.

Bu barədə"Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Şagirdlərin yerdəyişməsi prosesiwww.sy.edu.azportalı vasitəsilə həyata keçiriləcək. Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23-31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed