Dövlət qulluğuna qəbulda neçə nəfər uğur qazanıb?

Dövlət qulluğuna qəbulda neçə nəfər uğur qazanıb?

Dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin nəticələri haqqında növbəti statistik məlumatlar açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Faktxeber.com-a verilən məlumata görə, bu ilin oktyabrın 28-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1456 namizəddən 1332 nəfər keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırki DİM-in) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olublar.

Bu şəxslərdən 650 nəfər imtahandan uğurla keçib (48.8%).

Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilib.

301-400, 401-500, 501‑600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 46.2%-i, 58.3%-i, 61.8%-i, 62.9%-i test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

Bal intervalı

Qeydiyyatdan keçib

Test imtahanından uğurla keçib

Faizlə (%)

0-100

8

0

0.0

101-200

77

15

19.5

201-300

258

93

36.0

301-400

370

171

46.2

401-500

350

204

58.3

501-600

207

128

61.8

601-700

62

39

62.9

Yekun:

1332

650

48.8

Qeyd edək ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 124 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olmayıb. Onlardan yalnız 17 nəfər (13.7%) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 6 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 11 nəfərisə ölkənin ali təhsil müəssisələrini bitirib.

  • Paylaşmağı unutma

Səhr yaz

......