Doktoranturaya qəbul olmaq istəyən şəxslərin nəzərinə (imtahan fərqli olacaq)

Doktoranturaya qəbul olmaq istəyən şəxslərin nəzərinə (imtahan fərqli olacaq)

Bu ildən başlayaraq, Azərbaycan Milli Elmlər Akademiyasında doktoranturaya qəbul olmaq istəyən şəxslər test üsulu ilə imtahan verəcəklər.

Bu barədə Trend-ə Akademiyadan məlumat verilib.

Bildirilib ki, artıq bununla bağlı qərar qəbul olunub. Hazırda imtahanların test üsulu ilə keçirilməsi üçün hazırlıq işləri aparılır. İlk test imtahanlarının payız aylarında keçirilməsi planlaşdırılır. İmtahan suallarının da AMEA tərəfindən hazırlanacağı gözlənilir. İmtahanın formatının necə olacağı isə hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, AMEA bu ildən doktoranturaya qəbul üçün qoyulan tələbləri artırıb. Bu ildən namizədlər ingilis dili biliklərinin qiymətləndirilməsi üçün TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6.5 bal, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal toplaması barədə sertifikat təqdim etməlidir.

Hazırda doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən imtahan verirlər.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__10779022

Ela

Qonaq__11552455

Əvvəllər rus dili idi, indi də ingilis dili, yazıq Azərbaycan dili, səni nə vaxt əməldə önə çəkəcəklər?

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed