Diqqət! Ərizələrinizi təsdiq edin!

Diqqət! Ərizələrinizi təsdiq edin!

2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 10-dan etibarən internet vasitəsilə elektron ərizə doldururlar. Bu proses üçün ayrılmış müddət mayın 16-da başa çatacaqdır.
Qaydalara uyğun olaraq abituriyentlər elektron ərizə doldurduqdan sonra tələb olunan sənədləri aprelin 16-dan mayın 18-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirirlər.
Diqqət! Ərizələrini qeyd olunan müddət ərzində SQK-da təsdiq etdirməyən abituriyentlər qəbul imtahanlarına buraxılmayacaqlar.

Sənəd Qəbulu Komissiyaları, onların ünvanları və tələb olunan sənədlərin siyahısı 2012-ci il üzrə “Abituriyent” jurnalının 2-ci sayında dərc olunmuşdur.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed