DİM-in saytında “sual kitabçaları” yerləşdirildi

DİM-in saytında “sual kitabçaları”  yerləşdirildi

Martın 5-də Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsində istifadə olunmuş “sual kitabçaları”, həmçinin “cavab vərəqi” nümunəsi, “qiymətləndirmə meyarları” və qapalı tipli test tapşırıqları üzrə etalon cavabları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.
DİM-dən FaktXeber.com-a verilən məlumata görə, 5 mart tarixində keçirilmiş buraxılış imtahanının I mərhələsinin (Azərbaycan və rus bölmələri, A, B, C, D variantları) “sual kitabçaları”, “cavab vərəqi” nümunəsi, açıq tipli tapşırıqlar üzrə “qiymətləndirmə meyarları” və qapalı tipli test tapşırıqları üzrə “etalon cavablar” ilə tanış olmaq mümkündür.
Bildirilib ki, ümumi orta təhsil bazasında buraxılış imtahanlarının birinci mərhələsi mart və aprel aylarında keçirilib. İmtahanın birinci mərhələsinin nəticələri may ayının sonlarından etibarən mərhələli şəkildə elan edilib. Hər bir imtahan iştirakçısı Mərkəzin saytında özünə aid olan səhifədə imtahan nəticələri, “cavab vərəqi”nin ön və arxa üzünün qrafik təsviri, həmçinin açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdir.
Qeyd olunub ki, birinci mərhələdə şagirdlərə ana dili (rus dili) fənnindən 10 açıq və 10 qapalı tipli, riyaziyyat fənnindən 10 açıq tipli olmaqla ümumilikdə 30 test tapşırığı təqdim olunub.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__30151247

9 cu sinif imtihanlarin suallari gostere bilermisiz

Qonaq__30211783

cox yaxsi melumatlardi

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed