“Dərs Evi” tədris mərkəzində müəllim vəzifəsi üzrə vakansiya elan olunur

“Dərs Evi” tədris mərkəzində müəllim  vəzifəsi üzrə vakansiya elan olunur

Niyə Dərs Evi?

Bura fərqli və innovativ tədris mərkəzidir. Bugünədək mövcud olan imtahana hazırlıq təcrübəsindən köklü şəkildə fərqlənir. Çoxillik beynəlxalq təcrübəyə əsaslanan və yerli imtahan tələblərinə uyğunlaşdırılmış unikal metodika əsasında fəaliyyət göstərir. İnteraktiv öyrətmə metodları, xüsusi hazırlanmış tədris materialları və imtahan simulyasiyaları ilə zəngin effektiv tədris proqramı sayəsində yalnız fənlər öyrədilmir, həm də imtahana hazırlaşdırılır. Daha ətraflı məlumat üçün www.dersevi.az

“Dərs Evi müəllimi” kimdir?
O, təkcə təlimçi deyil. O - liderdir, motivatordur, doğru yol göstərəndir. Dərs Evi müəllimi yenilikçidir. Daim yeni məlumatlar axtarışında olan, mütəmadi qiraət və peşəkar təlimlər vasitəsi ilə bilik və təcrübəsini zənginləşdirən, ən əsası isə peşəsini sevən birisidir.

“Dərs Evi müəllimi” adını kim qazana bilər?

  • Ali məktəb tələbələri və ya yeni məzun olanlar
  • Qəbul imtahanlarında ən azı 580 bal nəticə göstərənlər
  • Qəbul imtahanında tədris edəcəyi fənn üzrə minimum 20 suala doğru cavab verənlər
  • Tədrisi həyata keçirəcəyi dili (Azərbaycan və ya Rus) mükəmməl səviyyədə bilənlər
  • İnnovativ olan, yenilikləri öyrənməyə can atanlar
  • Güclü akademik bilikərə malik olanlar
  • Məsuliyyətli və zəhmətkeş olanlar

“Dərs Evi müəllimi” olmağın üstünlükləri:

  • Yüksək məvacib
  • Sertifikatlı təlimlər və fərdi inkişaf proqramları
  • Uyğun iş qrafiki
  • Güclü komandanın üzvü olmaq

CV-lərinizi 18 Mart 2016-cı il tarixindən gec olmayaraq hr@dersevi.az elektron ünvanına göndərə bilərsiniz. CV-ni göndərərkən məktubun ‘’Subject’’ qrafasına vakansiyanın adını yazın. Uğurlar!

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__16747167

unvan acilmir axi

Qonaq__15825076

Salam. Neçə il muəllim işləyən bura sivi verə bilər?

Qonaq__16774425

salam,men fizika muellimesiyem tutaqki imtahan verdim qebul olmadim duzu hec kursda islememisem amma islemek cox isteyirem,siz muellimi kursda isleye bilmek ucun hazirlayirsizmi ve mevacibledimi?yoxsa gelib muellimlerin dersinde otrub dinlemek mumkundumu?zehmet olmasa cavablandirardiniz

Qonaq__16099281

Salam.Men de "ders evi"nde ders demek isteyerdim,lakin sizin qoydugunuz wertlerle uygun gelmir.Cox xahiw edirem ki menim de musabiqede iwtirakimi temin edesiz.Evvelceden tewekkurumu bildirirem.

Qonaq__15950514

Salam. ''Dərs Evi muəllimi''qebulda yaş həddi qoyulurmu?

Qonaq__16705590

Rayonlarda dərs evinin filialları varmı?Müraciət etmək istəyirəm.

Qonaq__16794684

Salam,yaş məhdudiyyəti var?

Qonaq__16245313

Mən də istərdim cv göndərəm,amma siz də yəqin deyəcəksiz ki,yaş çoxdur,bəli42dir,12il rus dili müəlliməsi stajı,yoldaşım hərbiçi olduğuna görə 2008ci ildə yaşayış yerimizi dəyişdik və mən işsiz qaldım.İndi hara iş üçün gedirəmsə yaş bəhanəsi gətirirlər,bütün müsahibələrdən keçirəm həmişə,bacarıqlı,dəqiq,tələbkar və təşkilatçı biriyəm,lider ruhluyam.Məsləhətdisə cv göndərim..

Qonaq__16488035

Salam başa dusmedim ali məktəbə qəbul balı 580? 580 bal toplayan hec müəllimliyi oxuyurki

cemil79

salam. men riyaziyyat muellimiyem. 37 yashim var. repetitorluqla meshgulam. Teebelerim Biesuvar liseyinin telebelesidir. Mentiqle de hazirliq kecirem. 16 ildir muellim ishleyirem.hormetle Tomarov Cemil Kerim oglu.

Qonaq__16839708

salam Yeni 500den asagi toplayan cv vere bilmez? Yuxari kurs telebesi yeni

Qonaq__16138038

Salam,mən CV göndərdim,siz cavab vermirsiniz,niyə? Sizə regionlarda yaşayan savadli müəllimlər lazim deyil? 38 yaşim var,əla Azərbaycan dili və Ədəbiyyat müəlliməsiyəm,bizim iş təcrübəmiz çoxdur,bizdən istifadə edin,şagirdlərimizin səsi uzaqlardan və yuxarilardan gəlir,bizim CV-lərimizi qəbul edin də.

Qonaq__17525250

salam men de inkisaf etmek istiyirem qebul etsez sevinerem

Qonaq__21405054

Salaam men Baki Dovlet Universitetinin 3.cu Kurs telebesiyem sizin kursunuzu chox beyenirem.orda chalishmaq istirem.nevacibin neqeder oldugu onemli deyil Sadece ishlemek istirem.

Qonaq__21697718

salam men sizin kursda islemek isteyrem,fizika muellimliyini bitirmisem BDU da.daha sonra ADPU magistr bu il bitrdim,sizde qaydalar necedir?

Qonaq__21971645

580 bal yıganlar hüquqda ve ya tibb uni de oxyur onda olar müracıet edin

Mən tələbəyəm.mənimçün təcrübə önəmlidir.

Qonaq__25575947

hamısı boş şeydi. Adamsız mümkün deyil. Gerek tanışın ola..

Qonaq__25742697

Mesele tekce unv-te bal yigmaq deyil ki.Orani nece bitirmek daha onemlidir.Ne olsun ki men 500bal yigmisam.Elesi var ki 400yigib amma savadinin ustune savad yigib ali mektebde.Coxlari olan qalan savadini da itirir.Allah hamiya normal is yetirsin

Qonaq__30399113

qoydugu qaydalar sadece ozunu reklam etmekden basqa bir sey deyil.cox mentiqsiz qaydalarinizin olmasi tehsil seviyyenizin asagi olmasindan xeber verir

Qonaq__32845689

men telebeyem kimya biologiya muellimesi. ise qebul zamani yas mehdudiyyeti varmi?

Qonaq__40552325

Azağayeva Nuridə Tiflis qızı .Dərs evində işləmək istərdim.Özüm Azərbaycan Respublikasının Əməkdar müəllimiyəm,DİM-in yeni təhsil haqqında sertifikatım var. Uzun müddətgir ki, abituryent hazırlığı ilə məşğul oluram .İmtahanda iştirak etmək istərdim.Təşəkkür edirəm

Qonaq__42458806

Salam.Men Adpu-nun 4cu kurs telebesi Ferecova Ayten.Telebelik fealiyyetim aktivdir.Hemcinin artiq 3ildir ki abituriyent hazirligi ile mewgulam.Daim axtariwdayam.Kompyuterden bilik seviyyem ortadir.2ay tecrube ucun Kainat kurslarinda iwtirak etmiwem.

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed