?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Daha üç Rusiya universitetinin filialı Azərbaycanda açılacaq

Daha üç Rusiya universitetinin filialı Azərbaycanda açılacaq - 1

"Azərbaycanda daha üç Rusiya universitetinin filialı açılacaq".....

Bu barədə jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov məlumat verib.

"Bunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetinin filialları olacaq", - səfir deyib.

Diplomat qeyd edib ki, Rusiyanın adıçəkilən ali təhsil müəssisələrinin filiallarının Azərbaycanda açılışı iki ölkə prezidentinin razılaşdırdığı yol xəritəsi əsasında humanitar əməkdaşlıq çərçivəsində baş tutacaq.

Xatırladaq ki, Azərbaycanda iki Rusiya universitetinin - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. (report.az)

Mənbə: http://www.faktxeber.com

Dostlarınızla paylaşın!

Bu səhifə 523 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Öz şərhinizi yazın

Bağla
.....