"British Council" müəllimlər üçün dil təkmilləşdirmə təlimlərinə başlayıb

British Council

“Uğur üçün Tədris” (SPEX) layihəsi çərçivəsində Dil təkmilləşdirmə təlimlərinə start verilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Dil Təkmilləşdirmə təlimlərinin həyata keçirilməsində əsas məqsəd müəllimlərin İngilis dilində danışıq səriştəsinin artırılması, danışığın tədrisi və qiymətləndirilməsi qabiliyyətinin təkmilləşdirilməsidir. “British Council”un peşəkar təlimçiləri tərəfindən aparılan 120 saatlıq təlimlər Beynəlxalq Aptis İmtahanının nəticələrinə əsasən, 12 inzibati rayon üzrə müəyyən edilmiş təlim mərkəzlərində həyata keçirilir.

Qeyd edək ki, dil təkmilləşdirmə təlimini uğurla başa vuran müəllimlər layihənin növbəti mərhələsi olan metodologiya təlimlərinə cəlb olunacaqlar. (Trend)+

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed