Bakıda fəaliyyət göstərən Anadolu Universiteti qanunsuzdur?!

Bakıda fəaliyyət göstərən Anadolu Universiteti qanunsuzdur?!

“Anadolu universitetinin qanunsuz fəaliyyəti barədə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi məlumatlandırılıb”

“Anadolu Universitetinin Azərbaycan Respublikasındakı qanunsuz fəaliyyəti barədə vətəndaşlaradəfələrlə məlumat verilib”. Bu barədə Təhsil Nazirliyindən SİA-nın sorğusuna cavab olaraq bildirilib.

Nazirlikdən deyilib ki, Anadolu Universitetinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmə qərarı Təhsil Nazirliyinə daxil olmayıb: “Məhkəmənin qərarı Təhsil Nazirliyinə təqdim edildikdən sonra qərara uyğun olaraq Anadolu Universitetinin Azərbaycandakı nümayəndəliyində təhsil alan tələbələrin gələcək təhsili ilə bağlı qərar veriləcək”.

Sorğuya cavab olaraq o da bildirilib ki, sözügedən universitetin qanunsuz fəaliyyət göstərdiyi ötən illərdə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi və Anadolu Universitetinin rəhbərliyi məlumatlandırılıb.

Məlumat üçün qeyd edək ki, Anadolu Universiteti ilə bağlı məhkəmədə iddia qaldırılmış və məhkəmə universitetin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

İntizarə Məmmədova

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed