Bağça müdiri olmaq istəyənlər üçün elektron sənəd qəbulunun müddəti uzadılıb

Bağça müdiri olmaq istəyənlər üçün elektron sənəd qəbulunun müddəti uzadılıb

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinin müddəti uzadılıb.

Bu barədə"Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 26 dekabr saat 11:00-dəkhttps://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Namizədlərin hazırda məktəbəqədər təhsil müəssisəsində çalışması şərt deyil.

Qeyd edək ki, ötən müsabiqədə iştirak etmiş şəxslər yenidən müraciət edə bilərlər. Həmin şəxslərin elektron sənədlərinin statusu ilkin mərhələyə qaytarılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed