?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Attestasiyası ləğv olunur - Müəllimlərə ŞAD xəbər

Qəbul imtahanlarında nə yenilik olcaq? - 1

Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiya ləğv edilir.

Bununla bağlı Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilir.

Yeni bəndə əsasən, “Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər” attestasiya olunmayacaqlar.

Qeyd edək ki, digər dəyişikliklə Azərbaycanda müəllimlərin sertifikasiyası təklif olunur.

Təklif edilən dəyişikliyə görə, Azərbaycanda dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq.

Layihə Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq./apa

Mənbə: http://www.faktxeber.com

Dostlarınızla paylaşın!

Bu səhifə 31 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Öz şərhinizi yazın

Bağla
.....