ADA-nın İnkişaf və Diplomatiya İnstitutu ilə Rumıniyanın Diplomatik İnstitutu əməkdaşlıq edəcək

ADA-nın İnkişaf və Diplomatiya İnstitutu ilə Rumıniyanın Diplomatik İnstitutu əməkdaşlıq edəcək

Bu gün ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu ilə Rumıniyanın Diplomatik İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb və bu da iki təhsil müəssisəsi arasında diplomatik kadrların hazırlanması sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına imkan verəcək.

“Report” bu barədə ADA Universitetinə istinadən xəbər verir.

Hər iki universitet xarici siyasət və beynəlxalq münasibətlər üzrə diplomatların və mütəxəssislərin yetişdirilməsi və onların bacarıqlarının inkişafı üçün birgə tədqiqatlar həyata keçirəcək. Tərəflər həmçinin gənc diplomatların biliklərinin artırılması məqsədilə tədris materiallarının mübadiləsini təmin edəcək və onların postensialının gücləndirilməsi üçün mübadilə proqramı təşkil edəcək.

Xarici dil kurslarının təşkili və digər istiqamətlər üzrə də məsləhətləşmələr aparılacaq. Hər iki universiteti təmsil edən ekspertlər konfrans və simpoziumlarda iştirak edəcək, qarşılıqlı maraq doğuran sahələrdə birgə layihələr həyata keçirəcəklər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed