?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

700 bal toplayanların arasında “saxta” yolla bal yığanlar var? (Ehtimal)

700 bal toplayanların arasında “saxta” yolla bal yığanlar var? (Ehtimal)
.jpg" alt="700 bal toplayanların arasında “saxta” yolla bal yığanlar var? (Ehtimal) - 1" width="569" height="346" />

Bu il Azərbaycanda keçirilən qəbul imtahanlarında 15 abituriyent maksimum nəticə göstərərək 700 bal toplayıb. Son 6 ilin statistikasına nəzər salanda, bu, ölkəmizdə ən yüksək göstəricidir.
İmtahan nəticələri elan olunduqdan sonra ilginc məlumatlar gəzib-dolaşır. Belə ki, sosial şəbəkələrdə aparılan ciddi müzakirələrdə bir çoxları iddia edir ki, 700 bal toplamaqla rekorda imza atan abituriyentlərin qazandığı uğurda şübhəli məqamlar var.

700 bal toplayanların arasında “saxta” yolla bal yığanlar var? (Ehtimal)
.jpg" alt="700 bal toplayanların arasında “saxta” yolla bal yığanlar var? (Ehtimal) - 2" width="450" height="314" />

Buna səbəb kimi 700 bal toplayan 7 abituriyentin eyni repetitor yanına getməsi göstərilir. Sosial şəbəkə üzvləri hesab edir ki, həmin şagirdlərin repetitorları qəbul imtahanlarına test suallarını hazırlayan müəllimlər olub. Bundan istifadə edən şagirdlər test suallarının cavablarını müəllimlərdən satın alıblar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cəmiyyətdə ciddi rezonans doğuracaq bu iddialara aydınlıq gətirib.
Komissiyadan bildirilib ki, bu, tamamilə cəfəngiyyat və həqiqətə uyğun olmayan iddiadır.
"Gedin, o uşaqların məktəbinə, evinə araşdırın. Bunlar çox ucuz və mənasız söhbətlərdir. İmtahanlar tam şəffaf keçirilib. Ümumiyyətlə imtahan suallarının kiminsə qabaqcadan bilməsi mümkünsüzdür”-deyə bildirilər.
Qeyd edək ki, son 6 ilin statistikasına görə, 2014-cü ildə 9 nəfər 700 bal toplayıb. 2013-cü ildə rekord nəticə göstərən abituriyentlərin sayı azalıb. Belə ki, həmin tədris ilində yalnız 6 nəfər 700 bal toplayıb. 2012-ci ildə rekord nəticə göstərənlərin sayı 5 olub. 2011-ci ildə isə TQDK-nın suallarının hamısına yalnız 4 nəfərə cavab verə bilib. 2010-cu ildə isə 7 nəfər rekord nəticə göstərib. (azvision.az)

Mənbə: http://xeberle.com

Dostlarınızla paylaşın!

Bu səhifə 12 dəfə baxılıb

Yazılmış sərhlər

Qonaq__15101211 - 11.12.2015
müellimlere imtahan kecirince direktorlara imtahan kecirilsin.zaqatala rayonu z. murtuzeliyev adina 1-saylı orta mektebin direktoru fatma israfilova rüşvetxor vampir qanicen bir adamdir bu cür insanlari ne vaxt imtahan edecekller goresen .
- 13.08.2015
Bu ehtimal doğrudur.
Qonaq__11843205 - 07.08.2015
Çox şübhəniz varsa, dəqiq yoxlamaq olardı. Sonra bu cür məlumatları yaymaq lazımdı. Əgər izin verməsələr şübhələnməyə səbəb var. Ekspert müəllimlərin şagird hazırlaması digər uşaqlara qarşı haqsızlıqdır. Amma her uşağın da haqqında yazmaq olmaz. Savadlı uşaqlarımız var.
Qonaq__11516695 - 02.08.2015
Belə hallar həmişədə olub
Qonaq__10969320 - 01.08.2015
Salam mence de mumkun deyil halaldi o usaqlara usaqlar eziyyet cekir sonra bezi paxil insanlar bilmir ne saye cixarsinlar men inanmiram.Allah hec vaxt zehmet cekeni darda qoymur ele menim kimi duzdu gec olsada men kollece girdim .
Qonaq__12361576 - 31.07.2015
inandirici deyil
Qonaq__10928476 - 31.07.2015
Bizim məktəbdən yığan qız Arzu Həsənli çox kasıb bir qadının qızıdır. Tək böyüdüb, tək oxudub. Həm də Bərdədə hazırlaşıb. Helə pulları hardandır ki, test sualı alsınlar.
Qonaq__11965089 - 30.07.2015
Bunlar hamısı cəfəng fikirlərdir.15 nəfər də yığa bilər,lap 20 nəfər də.Dedi -qodu yayanlar həmişə var.Onlara fikir verməyin.Övladlarınıza tıhsil verin.

Öz şərhinizi yazın

Bağla
.....