2016-cı ildən ödənişli ali təhsil olmayacaq

2016-cı ildən ödənişli ali təhsil olmayacaq

Azərbaycanda təhsil sisteminin tənzimlənməsinin və dövlət təhsil sektorunun idarə edilməsinin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində atılacaq addımlar müəyyənləşib.
Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ına əsasən Nazirlər Kabineti 2015-2016-ci illər ərzində mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanması və təsdiq üçün təqdim olunmasını təmin etməlidir.
Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə 2016-cı ildən başlayaraq, mütəmadi ali və orta ixtisas təhsili müəssisələrinə yeni qəbul və yerləşdirmə mexanizmini tətbiq etməlidir. Eyni zamanda Təhsil Nazirliyi 2016-cı ildə təhsil müəssisələrinin reytinq sisteminin yaradılmasını, Nazirlər Kabineti və Təhsil Nazirliyi 2018-2020-ci illər ərzində təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyətin verilməsinin normativ hüquqi bazasının yaradılmasını təmin etməlidir. (apa.az)

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__6594988

COX YAXŞl OLAR.TƏHSİL MÜƏSSİSƏLƏRƏ MUXTARİYYƏTİN VERİLMƏSİ ƏSL DÖNÜŞƏ SƏBƏB OLAR!

Qonaq__7143223

Bayanilsin.

Nubarcik

her gün bir qerar verilir

Qonaq__7299541

Inanmıram

Qonaq__7310049

ela olar

Qonaq__7326940

Yaşayarıq görərik...

Qonaq__4270264

cox yaxsi olar

13091950ramiz

Axıra kimi olsa pis olmaz.

Qonaq__8193176

ele olsa yaxsidir amma inanmiram

Qonaq__8267197

ela olar amma inanmagim gelmir

Qonaq__8272821

leqv olunsa yaxsi olar

Qonaq__8309170

yaxsi olar

Qonaq__8309170

ela olarrr

Qonaq__8805456

Yaxwi olardi

Qonaq__9929977

Biz çatana qurtarar bu leğv

Qonaq__10347749

esl mocuze olar

Qonaq__7014388

deyerler,amma elemezler.

Qonaq__8415442

mence tehsilde edilen en gozel deyisiklikdir

Qonaq__8183062

elaa amma fakultelerin ballari da qalxacaq yeqin

Qonaq__13589373

her halda ballar qalxacaq

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed