Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

"Testlərini göndər" kampaniyası

Testi necə göndərməli

Shagird.az administrasiyası yeni bir hədiyyə kampaniyasına başlayır. Bu kampaniyada qalib ən çox test göndərən olacaq.

  1. İlk olaraq Siz abunə olmalısınız. Abunə olmaq üçün buraya tıklayın.
  2. Abunə olarkən yazdığınız e-mail-i düz yazın
  3. Abunədən sonra Shagird.az-dan göndərilən təsdiqləmə məktubundakı linkə (keçidə) klikləyərək və abunəni təsdiqləyin.
  4.  Sonra menyudan test yazmaq istədiyiniz fənni və sinfi seçin.
  5. "Testərini göndər" kampaniyası
  6. Əmələ gəlmiş mündəricatdan lazımı paraqrafı seçin (məsələn Siz 4-cü paraqrafa uyğun testlər göndərmək istəyirsinizsə – onda eynisini seçin).
    "Testərini göndər" kampaniyası
  7. Oradan “Öz testlərinizi göndərin və hədiyyə kampaniyasında iştirak edin” linkini tıklayın.
  8. Açılan səhifənin aşağı hissəsində “Paraqrafa uyğun öz testlərinizi göndərin adlı forma var.
  9. "Testərini göndər" kampaniyası
  10. Burada sual, cavab1, cavab2, cavab3, cavab4, cavab5 (mütləq deyil) və düz cavabı qeyd edirsiniz və “Testi göndər” düyməsinə basırsınız. Beləliklə test adminə göndərilir.
  11. Sual və cavabları yazarkən zəhmət olmasa Azərbaycan dilinə məxsus olan (ə, ğ, ö, ı, ş, ç, ü) hərflərini digərləri ilə əvəz etməyin. Qrammatikorfoqrafik qaydalara mümkün qədər riayət edin. Onu da nəzərdə saxlayın ki, orfoqrafik səhvləri çox olan ən yaxşı test belə dərc edilməyəcək.
  12. Sizin testlər administrasiya tərəfindən təsdiqlənsə saytda yerləşdiriləcək və həmin zaman mövcud olan hədiyyə kampaniyasında iştirak edəcək.
  13. Beləliklə, ən çox test yazan abunəçilər reytinqə uyğun olaraq (1-3 yerlər) hədiyyələr alacaq.
  14. Hədiyyə kampaniyasının bitmə tarixi həmin gündən 5-10 gün əvvəl elan ediləcək (adətən hədiyyə kampaniyası 1-3 ay müddətində davam edir.
  15. Qaliblər fərqli fənn, sinif və paraqraflara aid olan ən azı 200-250 (gün ərzində 3-5 test deməkdir) test göndərməlidir ki, hədiyyə uğrunda mübarizə aparsın.

Düsturlu testləri necə yazmalı

Bəzi fənlərdə test yazarkən düstur yazmaq lazım olur. Məsələn: kimya, fizika, riyaziyyat və s. fənlərindən olan testlərdə. Bunun üçün “Paraqrafa uyğun öz testlərinizi göndərin adlı formasına gələrkən ”Düstur yazmaq üçün düymələri yüklə” linkinə tıklayın.

"Testərini göndər" kampaniyası

Bunu edəndən sonra, həmin formada sualın və hər cavabın üzərində düstur yazmaq üçün düymələr əmələ gələcək.

"Testərini göndər" kampaniyası
Bağla
.....