II Bölmə. Zərf

Zaman zərfləri və onların zaman mənalı isimlərdən fərqi. Hissə 1.

Test ID - 54320
Müəllif: Admin (Əlavə edilib: 06.02.2012)

Zaman zərfi haqqında fikirlərdən biri düzgündür:

Zaman zərfləri felə aid olub, hərəkətin kəmiyyətini bildirir
Zaman zərfi hara? haraya? harada? suallarına cavab verir
Zərfin bu növü hərəkətin necə, nə vəziyyətdə icra edildiyini bildirir
Zərfin bu növü hərəkətin icra olunduğu vaxtı bildirir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Onlar hansı qoşmalardır ki yalnız cümlə daxilində sinonim olur ?

Bəri, sonra qoşmaları yalnız cümlə daxilində sinonim olur.
Bəri, sonra qoşmaları.
Bəri, sonra qoşmaları.
Bəri, sonra qoşmaları.
Bəri, sonra qoşmaları.

Fellərdən biri -dir şəxs sonluğu qəbul edə bilər:

alar
bəzəyir
gətirəcək
hazırladı
gətirər

Gələcək zamanda işlənmiş fel olan cümləni göstərin.

Dünəndən yağan qar ayaq altında xışıldayır
Keçdi o duyduğum hicran günləri
Daldan atılan daş topuğa dəyər
Sənin barəndə ona bir söz deməmişdim
Keçmiş günlər barədə fikirləşirəm

Düzəltmə zərfləri seçin;

Daxilən, yanakı, ucadan
Yenə, ora, irəli-geri
Heç biri
Az-maz, birə-beş, sola

Döyüşmək hansı növ feldir?

məlum
məchul
qayıdış
şəxssiz
qarşılıq-birgəlik

İsimdən düzələn düzəltmə felləri göstərin:

İşlə, dillən, başla, alovlan
Yaxşılaş, ağar, başla, gecik
Bazar, təmizlə, mənimsə
Səpələ, irəlilə, yollan

Felin xəbər şəkli haqqında aşağıdakılardan biri səhvdir:

Felin xəbər şəkli hərəkətin müəyyən zaman daxilində icra olunduğunu bildirir
Felin xəbər şəklinin xüsusi qrammatik əlaməti yoxdur
Zaman şəkilçiləri qəbul edir
Zamanlar üzrə dəyişmir

Felin arzu şəklinə aid fikirlərdən hansı səhvdir?

Felin arzu şəkli arzu, istək bildirir
Arzu şəkli çox vaxt gərək sözü ilə işlənir
Arzu şəklinin xüsusi formal əlaməti yoxdur
Arzu şəklinin mənasında gələcək zaman anlayışı var

İdi, imiş köməkçi felləri haqqında aşağıdakılardan biri səhvdir:

İdi, imiş lüğəvi mənası olmayan sözlərdir
İdi, imiş köməkçi nitq hissələrinin heç birinə uyğun gəlmir
Tarixən feldən törədiklərinə görə, onlara şərti olaraq “ köməkçi fel ” deyilmişdir
İdi, imiş köməkçi felləri isimlə, sifətlə, sayla, əvəzliklə işlənə bilmir

Feli bağlamanın felə aid xüsusiyyətlərindən hansı səhvdir?

Hərəkət bildirir
Təsdiq və inkarda olur
Təsirli və təsirsiz olur
Cümlədə zərflik olur

Hansı cümlədə fel əmr şəklində işlənmişdir?

Mən dərsi oxumalıyam
Sabah mən də onunla gedimmi?
Bu gün kəndə qayıtmalısan
Biz bir yerdə işləyəcəyik?

Köməkçi nitq hissələri haqqındakı fikirlərdən biri səhvdir:

Köməkçi nitq hissələrinə aid sözlər əsas nitq hissələrinə aid sözlərə kömək edir
Köməkçi nitq hissələrinin əsas nitq hissələrindən fərqli cəhətləri yoxdur
Köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur
Köməkçi nitq hissələri müstəqil işlənə bilmir

Hansı cümlədə “ elə ” sözü dəqiqləşdirici ədat kimi işlənmişdir?

Elə adamlarla oturub – durma
Elə hamı mən deyəni deyir
Elə dost çətin tapılar
Elə bil ki, üzümüzə gün doğdu

“Çox” sözü hansı sözdən əvvəl işlənsə zərf olar?

gileylənmək
qırmızı
dəftərçə
ölkə
su

Təəccüb bildirən nidalar hansılardır?

tfu, hey
bıy, ah
paho, oxqay
ay can-ay can
bəh-bəh

Qəti gələcək zamanın şəkilçilərini göstərin:

-dı;-di;-du;-dü
-acaq;-əcək
-ar;-ər
-mış;-miş;-muş;-müş
heç biri

Felin şəxssiz növü ilə məchul növün fərqi nədir?

məchul növ təsirsiz növdür
şəxssiz növün tamamlığı yoxdur
şəxssiz növün mübtədası olmur
şəxssiz növün şəkilçisi yoxdur
məchul növ kim sualına cavab verir

Variantların hansında xəbər şəklində olan söz var?

yazdırsa
yazdırdı
yazdısa
yazsaydı

Fellərdən ikisi qayıdış növdə olsa da, təsirlidən düzəlib və təsirli olaraq qalır:

örtülmək, döyünmək
tökülmək, yığılmaq
daranmaq, yıxılmaq
geyinmək, soyunmaq
tutulmaq, yorulmaq

İdi imiş hissəciyi nə vaxt bütöv şəkildə yazılır?

feilə artırıldıqda
heç vaxt
ismə artırıldıqda
sifətə artırıldıqda
zərfə artırıldıqda

Hansılar tabesizlik bağlayıcılarıdır?

Əgər, indi ki, gah da
Əgər, və, çünki
lakin, gah da, və, həmdə
indi ki, gah da, və
lakin, və, həmdə, çünki

Hansı sözdə "ilə" bağlayıcısı "və" bağlayıcısı ilə əvəz oluna bilər?

Anam ilə mağazaya getdim
Anam ilə mən mağazaya getdim
Mən bacımı çox sevirəm
Mənim ilə zarafat etməyin!
Bacım dərslərini yaxşı oxuyur

"Düzü" hansı cümlədə modal söz kimi işlənib?

Düzü, bu hərəkətimə peşmanam
Düzü səhvdən ayırmaq lazımdır
Mil düzü cənnətə dönməlidir
Buradakı düz cavab iyirmi yeddidir
Düz söz həmişə acı olar

Hansılar mürəkkəb bağlayıcılar deyil?

hərgah, nəinki
halbuki, habelə
amma, çünki
ya da, buna görə

Qoşmanın digər nitq hissələrindən fərqi nədir

qoşulduğu sözlə birlikdə cümlə üzvü olur
hallarla işlənməsi
sualı olması
nitq hissəsi olması
alınma söz olması
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed