Sizin hazırki nikiniz (ləğəbiniz)

Bölmə II

§13. Söz əsas dil vahidi kimi. Sözün leksik və qrammatik, həqiqi və məcazi mənaları. Hissə 1.

Test ID - 52550
Müəllif: Admin (Əlavə edilib: 30.11.2011)

Sözün dominant mənası adlanır:

Qrammatik məna
Həqiqi məna
Məcazi məna
Terminoloji məna

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Düzgün fikri müəyyənləşdir

Dil yalnız əşya və hadisələri adlandırır
Dil ünsiyyət vasitəsi kimi canlılardan yalnız insana məxsusdur
Dil cəmiyyət olmadan da yarana bilər
Dil və şüurun yaranması ayrı-ayrı ictimai proseslərdir
Dil mühitindən asılı olmayaraq, doğulan uşaq sonradan mütləq valideynlərinin dilində danışacaq.

Norma nəyə deyilir?

Sözün fonetik tərkibinin, leksik mənasının və cümlənin qrammatik quruluşunun hamı tərəfindən qəbul olunan şəkildə fəaliyyətinə
Ədəbi dilin tabe olduğu qayda – qanunlar sisteminə
Milli dilin müəyyən qayda – qanunlara tabe olan nitq formasıdır
Xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normalar əsasında fəaliyyət göstərən formasıdır

Nitqə aid edilə bilməz:

Nitqin gözəlliyi normalara formal əməl olunmasında da deyil
Nitqin məzmunu gözəl olmalı, dinləyənlərin səviyyəsinə uyğun gəlməli, anlaşılmalıdır
Nitq ünsiyyət vasitəsidir
Hər kəsin cəmiyyətdə ümumi davranış normalarına tabe olan hərəkət mədəniyyəti olduğu kimi, ünsiyyət səliqəsi, danışıq mədəniyyəti də olmalıdır

Yazı ilə bağlı fikirlərdən hansı düzgündür?

Şəkli və fikri yazılardan bu gün istifadə olunmur
Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir
Yazının ən qədim forması ideoqrafik yazıdır
Yazının ən mükəmməl, ən çevik forması sillabik yazıdır

1072-ci ildə yazılmış lüğət?

Rusca-Azərbaycanca lüğət
Azərbaycan dilinin izahlı lüğəti
Divani-lüğət-it-türk
Tərcümə lüğəti
Terminoloji lüğət

Qıpçaq qrupuna daxil olan cərgə hansıdır?

Qazax, qırğız, tatar, başqırd, qumuq
Qırğız, türkmən, özbək, uyğur
Uyğur, salur, qırğız, tatar
Qaqauz, türkmən, qumuq, salur

Nitq mədəniyyətinin əsas şərtlərindən biri deyil:

Düzgünlük
Sərbəstlik
Dəqiqlik
İfadəlik

Varvarizm nədir?

dilimizdə işlənən kobud ifadələr
başlayıcı əvəzlik
termin
ümumişlək sözlər
bas üzv

Yazının ən mükəmməl, ən çevik forması hansıdır?

Fonoqrafik
İdeoqrafik
Sillabik
Piktoqrafik

Biri yazılı ədəbi dil nümunəsi kimi verilə bilməz:

Reklamlar
Publisist kitablar
Elmi kitablar
Mühazirələr

Aşağıdakı fikirlərdən biri səhvdir:

Nitqin ifadəliliyi dedikdə ən müvafiq, üslub baxımından ən uğurlu dil vasitəsini tapıb işlətmək başa düşülür
Nitq mədəniyyətinin biri şərti nitqin dəqiqliyidir
Ədəbi dil bütün üslubların sistemidir
Şifahi ədəbi dil ilkindir

Özləşmə üç yolla gedir. Bunlardan biri səhvdir:

Hər hansı söz ustasının qədim mənbələrdən, xalq dilindən söz götürməsi yolu ilə
Cəmiyyətin özündə müəyyən hadisə ilə bağlı « söz partlayışı » yolu ilə
Türk dillərinin təsiri ilə
Alınma sözlərin təsiri ilə

Sözlərin mənşəyini dilçiliyin hansı sahəsi öyrənir

Morfologiya
Fonetika
Orfoepiya
Etimologiya
Leksikologiya

İntonasiya cümlədə hansı mənanın ifadəsinə xidmət edir?

Sintaktik mənaların
Leksik mənaların
Qrammatik mənaların
Həm leksik, həm də qrammatik mənaların

Özləşmə meyli haqqında deyilənlərdən biri düzgündür:

Müasir Azərbaycan dilinin lüğət tərkibində 70 – cı illərdən başlayaraq özləşmə meylləri müşahidə olunur
Özləşmə dedikdə hər cür yeni söz yaradıcılığı başa düşülür
Azərbaycan xalqının müstəqillik qazanması Azərbaycan dilində özləşmə prosesi üçün sosial – ideoloji şərait yaratmamışdır
Dili tərk etmiş bir sıra türk mənşəli sözlərin yenidən qayıtması da özləşmə prosesinin təsiri ilə baş verir

Biri müraciət etiketlərinə aid deyil:

Cənab
Qızım
Bağışlayın
Vətəndaş

Mimika nədir?

əl – qol hərəkətləri
bədii natiqlik
üz əzələlərinin mənalı hərəkəti
nitq etiketləri

Nitq haqqında fikirlərdən biri yanlışdır:

O nitq forması düzgün hesab olunur ki, orada dilin fonetik, leksik, qrammatik qayda – qanunları pozulmasın
Nitqin ifadəliliyi – fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsini tapmaqla müəyyən edilir
Mədəni nitq həm də dəqiq olmalıdır
Nitqin düzgünlüyü nitq mədəniyyətinin birinci şərtidir

Fikirlərdən hansı yanlışdır?

Ədəbi dilin tabe olduğu qayda – qanunlar sisteminə nitq normaları deyilir
Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normalar əsasında fəaliyyət göstərən formasıdır
Ədəbi dil - milli dilin müəyyən qayda – qanunlara tabe olan və xalqın nümunəvi ünsiyyətinə xidmət edən nitq formasıdır
Nitq ünsiyyət vasitəsidir

Fonetik normanın pozulduğu cümləni tapın:

Gələnlər birazdan kor - peşman dağılışdılar
İşi dayandırmağı əmr buyurublar
Bilənlər bilməyənlərə desinnər
Daldan atılan daş topuğa dəyər

Aşağıdakı fikirlərdən biri düzgündür:

Leksik şəkilçilər qoşulduqları sözlərin formasını dəyişir
Dildəki ayrı – ayrı sözlər kimi şəkilçi morfemlər omonim ola bilmir
Dilin mənalı hissələri, yəni kök, leksik və qrammatik şəkilçilər ayrı – ayrılıqda fonem adlanır
Morfemika dilçiliyin sözlərin tərkibindən, onların quruluşundan bəhs edən bölməsidir
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.
Bağla