Sizin hazırki nikiniz (ləğəbiniz)

Sadə cümlələr

Müəyyən şəxsli cümlələr. Hissə 1.

Test ID - 78606
Müəllif: mntiq (Əlavə edilib: 14.09.2014)

Müəyyən şəxsli cümlələr nəyə deyilir?

Hərəkətin və ya hökmün qeyri-müəyyən şəxsə aid olduğu cümlələr
Hərəkətin və ya hökmün hamıya aid olduğu cümlələr
Mübtədası olmayan və onun təsəvvür edilməyi qeyri-mümkün olan cümlələr
Mübtədası olan və ya asanlıqla bərpa olunan cümlələr
Bir sözdən ibarət olan cümlələr

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Məntiqi vurğuya aid olan fikirlərdən biri səhvdir

Cümlədə müəyyən sözün başqalarına nisbətən qüvvətli tələffüzünə məntiqi vurğu deyilir
Məntiqi vurğulu söz adətən xəbərin yanında gəlir
Məntiqi vurğulu söz cümlənin məqsəd və intonasiyaya görə növünü dəyişir
Xəbər özü də məntiqi vurğu altında deyilə bilər

Sinfin əlaçıları neçənci növ təyini söz birləşməsidir

3-cü növ
1-ci növ
5-ci növ
2-ci növ
yoxdur

Uzlaşma əlaqəsi haqqında fikirlərdən biri səhvdir:

Tabe sözün şəxs və kəmiyyətə görə əsas sözlə uyğunlaşmasına uzlaşma əlaqəsi deyilir
Bu əlaqə həm mübtəda ilə xəbər arasında, həm də II və III növ təyini birləşmələrinin tərəfləri arasında olur
Uzlaşma əlaqəsinin heç bir qrammatik göstəricisi yoxdur
Kəmiyyətə görə uzlaşma I və II şəxslərin tək və cəmində həmişə olduğu halda, III şəxsin cəmində bəzən pozulur

Cümlələrdən hansı uzlaşma əlaqəsidir?

Evin qapısı
Qalın meşə
Anaya hörmət
Mən böyüyürəm

Qeyri – müəyyən şəxsli cümlə işlənmiş bəndi göstərin:

Verilən tapşırığı vaxtında yerinə yetirərlər
İdarədə sənədlərin qəbul ediləcəyinə söz verildi
Onlardan sonra, elə bil ki, onun yenidən tərpənməyə qoymurdular
Gələcəyi bu gündən düşünüb, ona görə hərəkət edərlər

Cümlənin quruluşca növləri hansı bənddədir?

Sadə,düzəltmə
Sadə,mürəkkəb
Mürəkkəb,düzəltmə
Müxtəsər,geniş
Sadə,müxtəsər

Təyin haqqındakı fikirlərdən hansı düzgündür?

Nitq hissələri ilə ifadə olunan təyinlər quruluşca mürəkkəb olur
Təyin hərəkətin icrasını müxtəlif cəhətdən izah edən ikinci dərəcəli üzvdür
Təyin cümlədə isimlə ifadə olunan hər hansı üzvü izah edən ikinci dərəcəli üzvdür
Təyin quruluşca iki cür olur

Zaman zərflikləri haqqındakı fikirlərdən hansı səhvdir?

İş və hərəkətin, hadisənin zamanını bildirir
Nə vaxt? nə zaman? haçan? suallarına cavab verir
Zaman zərfləri, zaman mənalı isimlər, feli bağlama, feli bağlama tərkibləri və ismi birləşmələrlə ifadə olunur
Söz birləşmələri ilə ifadə oluna bilmir

Hansı cümlənin xəbəri əvəzliklə ifadə olunmuşdur?

O, təbii olduğu qədər səmimi, səmimi olduğu qədər doğru bir insandır
Sizədir sözüm mənim, eloğlu, doğma qardaş
Onun qiyməti beşdir
Məqsədimiz oxumaqdır

Hansı sırada mübtədanın isimlə ifadə vasitəsi verilib?

Hamı bizdədir
Üçüncüsü sizdədir
Gülmək sənin peşəndir
Alpər döyüşür
Ora mənim vətənimdir

Hansı nümunədə yanaşma əlaqəsi var?

məktəbin həyəti
kitabı oxuyanda
doğru söz
biz çalışırıq
dəniz dalğalarını

Mübtəda haqqında səhv fikri seçin:

mübtəda ismin adlıq halında olur
kim nə hara suallarından birinə cavab verir
başlanğıc deməkdir
quruluşca 3 növü var
quruluşca 2 növü var

Təyini söz birləşməsi işlənmiş cümləni göstərin.

Müəllimi məktəbdən vağzalacan şagirdlər ötürdü.
Əhməd qapını taybatay açdı.
Axşamüstü çobanlar sürüləri örüşdən gətirdilər.
Məktəb həyatı Kamili tamamilə dəyişdirdi
Bülbüllər səhər-səhər ağız-ağıza verib oxuyurdular

Sual cümləsinə aid olanlardan hansı düzgündür?

Sual cümləsi dialoqlarda daha çox işlənir
Sual cümlələrinin növləri ilə əlaqədar olaraq onlara müxtəlif formalarda cavab vermək olmur
Sual cümlələri adi intonasiya ilə tələffüz edilir
Sual cümlələri başqa cümlə növlərinə nisbətən daha çox işlənir

Hansı fikir səhvdir?

Qeyri – müəyyən vasitəsiz tamamlığın cümlədə yeri sabitdir
Tərzi – hərəkət və kəmiyyət zərfliklərinin cümlədəki yeri sabitdir
Cümlədə cümlə üzvlərinin sırası heç bir qaydaya əsaslanmır
Cümlə sırası belədir: əvvəlcə mübtəda, sonra xəbər

Qeyri muəyyən şəxsli cümlələrin xüsusiyyətləri

bu cümlədə mübtəda olmur
bu cümlələrin xəbərləri ancaq üçüncü şəxsin cəmindən olur
bu cümlələrin xəbərləri feli xəbər olur yəni ya tək fellə ya da ikinci tərəfi fel olan birləşmələrlə ifadə olunur
bunlar qeyri muəyyən şəxsli cümlələrin formul cəhətləridir
bu cümlələrdə xəbərin ifadə etdiyi hərəkət qeyri muəyyən şəxslərə aid olur

“ Əsmər xala İlyası burada – Tamamın evində gördükdə təəccübləndi ” cümləsinin sintaktik təhlili ilə bağlı fikirlərdən biri doğru deyil:

Tabesiz mürəkkəb cümlədir
Sadə geniş cümlədir
Cümlənin feli xəbəri sadədir
Feli bağlama tərkibi zaman zərfliyidir

Nida cümləsinə aid olanlardan hansı düzgündür?

Nida cümlələrinin xüsusi forması var
Nida cümlələri, əsasən, üç yolla əmələ gəlir
Nida cümlələri başqa cümlə növlərinə nisbətən daha çox işlənir
Nida cümlələri, adətən, bədii əsərlərin dilində, xüsusi dram əsərlərində, şeirdə çox işlənir

Hansı sözlər arasında idarə əlaqəsi vardır?

Səliqəli şagird
Hərdən görünmək
Sənədləri qaytarmaq
Həvəslə oynamaq
Tez getmək

Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər:

xitab,ara sözlər
xitab
modal sözlər
qoşma
bağlayıcılı sözlər

Yer zərfliyi ilə xəbər arasında hansı sintaksis əlaqə var?

idarə
yanaşma idarə
uzlaşma
uzlaşma idarə
yanaşma

Zərfliyin hansı məna növü nə qədər? sualına cavab verir?

Məqsəd
Kəmiyyət
Səbəb
Tərzi – hərəkət
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.
Bağla