Sizin hazırki nikiniz (ləğəbiniz)

Fənlər üzrə qarışıq testlər

Qarışıq testlər 1. Hissə 1.

Test ID - 81584
Müəllif: aliaskerli (Əlavə edilib: 23.04.2015)

Məsdərə aid edilənlərdən biri səhvdir:

Mənsubiyyət şəkilçisi qəbul edir
Hallanır
Cəmlənir
III növ təyini söz birləşməsinin tərəfləri kimi çıxış edə bilir
Mübtəda, tamamlıq vəzifəsini daşıya bilir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Daha çox isimləşə bilən sifətlər hansı cərgədədir?

qorxulu, kütləvi, qısaca
yamyaşıl, qorxunc, duzlu
sarımtıl, gülünc, gömgöy
xəsis, igid, namərd
tarixi, elmi, iqtisadi

Hansı sırada qalın saitlərin hamısı işlənib?

odun, qalın
kitab, dəftər
stol, stul
qələm, telefon
şəkil, yazı

Hansı leksik şəkilçilərdən əvvəl qrammatik şəkilşilər işlənə bilər?

-sız4; -lı4; -la2; -çı4
-lıq4; -ma4; -ın4
-kı; -gil; -sız4 ;-dakı2
-xana; -keş; -qın4; -gil

Nəyə görə zərflik və təyin cümlənin qrammatik əsası hesab edilir?

suallarına görə
mənalarına görə
bunların heç biri qrammatik əsas deyil
cümlədə roluna görə
əsas nitq hissəsi olduğuna görə

Hansı nümunədə həmcins cümlə üzvü yoxdur?

O həm gələndə təəccübləndi, həm də çıxanda məni adam yerinə qoymadı
Bütün şəhərlər: inkişaf etmiş, inkişaf etməkdə olanlar mənim marağımdadır
Həyatımda olan ən qiymətli, ən əvəzedilməz insansan
Gedin, gedin buralardan!
Görünür, həm ağıllıdır, həm də mədəni

Durğu işarələri nə ilə bağlıdır?

leksika
sintaksis
orfoqrafiya
morfologiya
orfoepiya

Əsl Azərbaycan sözlərində vurğu neçənci hecaya düşür?

İlk hecaya
İkinci hecaya
Üçüncü hecaya
Dördüncü hecaya
Son hecaya

Mürəkkəb xəbərlər nəyə deyilir?

Nitq hissələri ilə ifadə olunan xəbərlərə
Feli sifət tərkibləri ilə ifadə olunan xəbərlərə
Söz birləşmələri ilə ifadə olunan xəbərlərə
Təsriflənən fellərlə ifadə olunan xəbərlərə
İsim və fel ilə ifadə olunan xəbərlərə

Hansı fikir səhvdir?

Zərflər, əsasən, feillə bağlı olub onu izah edir.
Tərzi-hərəkət zərflərinə hansı? Sualını vermək olmaz.
Feili bağlama şəxsə və kəmiyyətə görə dəyişmir.
Zərflər cümlədə yalnız zərflik olur.
”la” qoşma olmaqla yanaşı, həm də zərf düzəldən şəkilçidir.

Ümumişlək olmayan sözü tapın.

gəmi
qayıq
dəniz
ilan
ofis

Hansı sözdə ahəng qanunu pozulmamışdır?

kitab
sakit
dərin
kökan
əlifbada

"Poema" sözünün fonetik təhlili hansı cərgədə səhvdir?

Ahəng qanunu pozulub
Vurğu son hecaya düşür
Söz 3 hecadan ibarətdir
Sözdə 5 hərf, 5 səs var
"p"kar ,"m"cingiltilidi

Sadə sifətlərdən hansılar yalnız azaltma dərəcəsində olur?

qara, uzun
ayaqyalın, göy
şirin, soyuq
kar, etnik

Aşağıdakılardan hansı felin şəkillərinə aid deyil?

Qarşılıq
Lazım
Şərt
Xəbər
Əmr

Cümlələrdən birində ismi xəbər işlənmişdir.

Mən oxumağı xoşlayıram.
Hər bir insanın arzusu çoxdur.
Sən gözlə, mən gələcəyəm.
O, yolu asta -asta gedirdi.
Sənə doğru gəlmədi.

Sonor samitlər hansıdır?

l, g, d, f
d, h, m, n
y, m, b, c
l, m, n, r
b, v, r, s

Aşağadakılardan hansı isimə aiddir?

isimlər konkret və mücərrəd olur
isimin yeddi halı var
əşyanın hərəkətini bildirən nitq hissəsinə isim deyilir
neçə, nə cür, hansı suallarına cavab verən nitq hissəsinə isim deyilir
isimlər zamana görə dəyişə bilir

Felin quruluşca növləri haqqında fikirlərdən biri səhvdir:

Düzəltmə fellər, əsasən, isimdən və sifətdən düzəlir
Sadə fellər bir kökdən ibarət olur
Azərbaycan dilində hərəkət bildirən mürəkkəb söz yoxdur
Sadə fellərə hər cür söz dəyişdirici şəkilçi əlavə edib onları müxtəlif qrammatik formalara salmaq olmur

"fəryad deyildir", "şadlıqdır",  "rahatlıqdır"  sözləri haqqında verilənlərdən yalnız biri doğrudur:
Zəhmət fəryad deyildir, bir şadlıqdır insana,
Zəhmətinin axırı rahatlıqdır insana. (Nizami Gəncəvi)

Hər üçü cümlədə xəbər vəzifəsindədirlər.
Biri isim, digərləri isə sifətdir.
Deyilişi və yazılışı fərqlənməyən sözlərdir.
Hər üç söz sifətdən düzəlmiş isimdir.
Heç birinin sinonimi yoxdur.

Biri feli bağlama şəkilçisi deyil:

-malı2
-ıb4
-anda2
-ınca2
-dıqda4

Kökün daxili dəyişməsi nəticəsində yaranmış ərəb mənşəli qohum sözlərin cərgəsini müəyyənləşdirin.

söhbət, müsahibə, mühasib
kitab, məktəb, mədrəsə
kəlam, kəlmə, kələm
dərk, idrak, müdrik
zikr, fikir, şükür

Cümlələrin birində mücərrəd mənalı isim işlənib:

Aydının iki bacısı, bir qardaşı var
Çalışqan şagird ata-anasının üzünü ağ edər
Yüz fikir bir borcu ödəməz
Yaylalarda yaxşı su olur
Dəniz dalğalanırdı

Sözlərdən birinin yazılışı səhvdir:

inkubator
əskilmək
əkiz
kəlağayı
ekalogiya
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.
Bağla