Bölmə II

§18. Azərbaycan dilində söz yaradıcılığını əsas üsulları. Hissə 1.

Test ID - 47950
Müəllif: Admin (Əlavə edilib: 16.04.2011)

Aşağıdakı fikirlərdən biri düzgündür:

Leksik şəkilçilər qoşulduqları sözlərin formasını dəyişir
Dildəki ayrı – ayrı sözlər kimi şəkilçi morfemlər omonim ola bilmir
Dilin mənalı hissələri, yəni kök, leksik və qrammatik şəkilçilər ayrı – ayrılıqda fonem adlanır
Morfemika dilçiliyin sözlərin tərkibindən, onların quruluşundan bəhs edən bölməsidir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Jest haqqında deyilənlərdən biri səhvdir:

Nitqin təsir gücünü, emosionallığını artırır
Hər bir jest ölçülüb – biçilməli və ondan yerində istifadə edilməlidir
Hər bir görkəmli natiqin özünəməxsus jest üslubu olur
Jest üz əzələlərinin mənalı hərəkətinə deyilir

Türk dilləri haqqında aşağıdakılardan biri səhvdir:

Qohum dillərin hamısına birlikdə bir dil ailəsi deyilir
Dil şaxələrinə dil qrupları da deyilir
Bu gün dünyada 3.500 – dən çox dil var
Azərbaycan dili, qaqauz dili, Türkiyə türkcəsi qıpçaq qrupunu təşkil edir

Biri müraciət etiketlərinə aid deyil:

Cənab
Qızım
Bağışlayın
Vətəndaş

Frazeoloji birləşmələr haqqındakı fikirlərdən biri səhvdir:

Sabit söz birləşmələri frazeoloji birləşmələr adlanır
Frazeoloji vahidlər bütövlükdə bir məna ifadə edir
Frazeoloji birləşmələr sintaktik baxımdan parçalanır
Frazeoloji birləşmələr bir cümlə üzvü olur

Uyğunsuzluğu tapın:

Ağzına su almaq – ağzını qıfıllamaq
Dil – dil ötmək – dilotu yemək
Burnunun ucu göynəmək – ürəyi istəmək
Dil – dil ötmək – ağzına su almaq

“ Dil – dil ötmək ” Frazeoloji birləşməsinin sinonimini tapın:

Ağzına su almaq
Dilotu yemək
Ağzını qıfıllamaq
Ürəyi axmaq

Dilin funksiyaları haqqında aşağıdakılardan biri səhvdir:

Yalnız dil vasitəsilə insanlar bir – birilərini asanlıqla başa düşür
Dil canlılardan ancaq insana aiddir
İnsanlara qulluq göstərən başqa ictimai hadisələr yoxdur
Dil cəmiyyətdə ünsiyyət vasitəsi kimi işlənir

Dilin birinci funksiyası nədir?

Dil insanı əhatə edən əşya və hadisələrin adlarını bildirir
Dil fikri ifadə edir
Dil cəmiyyətdə ünsiyyət vasitəsidir
Dil ünsiyyət prosesidir

Nitqə aid edilə bilməz:

Nitqin gözəlliyi normalara formal əməl olunmasında da deyil
Nitqin məzmunu gözəl olmalı, dinləyənlərin səviyyəsinə uyğun gəlməli, anlaşılmalıdır
Nitq ünsiyyət vasitəsidir
Hər kəsin cəmiyyətdə ümumi davranış normalarına tabe olan hərəkət mədəniyyəti olduğu kimi, ünsiyyət səliqəsi, danışıq mədəniyyəti də olmalıdır

Nitq fəaliyyəti nədir?

Nitqin təzahürü üçün lazım olan ictimai, psixoloji və fizioloji aktların sistemidir
Fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsini tapmaqla müəyyən edilir
Dilin özünün səlisliyi, ifadə imkanlarının genişliyi
Üslub baxımından ən uğurlu dil vasitəsini tapıb işləmək

Dil və nitq haqqında aşağıdakılardan biri səhvdir:

Nitq əsasdır, dil ondan törəmədir
Dil tarixən çox az dəyişikliklərə uğrayır
Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi çox mürəkkəb bir hadisədir
Nitq dilə nisbətən dəyişkəndir

Nitq mədəniyyətinin hamı üçün məcburi olan şərti:

Nitqin dəqiqliyi
Nitqin düzgünlüyü
Nitqin ifadəliliyi
Nitqin sərbəstliyi

« O, ömrünü boş – boşuna keçirdi » cümləsində nitqin hansı şərti pozulmuşdur?

İfadəlik
Düzgünlük
Dəqiqlik
Həm düzgünlük, həm dəqiqlik

Hansı fikir səhvdir?

Dilin inkişafı xalqın tarixi ilə bilavasitə bağlıdır
Dil faktları xalqın mədəni – tarixi səviyyəsi haqqında təsəvvür yaradır
Qohum tayfaların dili birləşərək həmin xalqın dilinə çevrilir
Dil müstəqil inkişaf qanunlarına malik olduğundan cəmiyyətdəki dəyişikliklərə reaksiya vermir

Dil haqqındakı fikirlərdən biri səhvdir:

Ünsiyyət vasitəsidir
Dil tarixən çox dəyişkəndir
İctimai hadisədir
Dil yalnız insana məxsusdur, heyvanlarda səs dili olmur

Verilənlərdən biri fonemə aid deyil:

Zaman – saman
Dağ – sağ
Kol – kos
Tələ - dələ

Aydın nitq adlanır:

Tərcümə yolu ilə çatdırılan nitq
Azərbaycan dilində olan nitq
Sənət adamlarının nitqi
Əlavə vasitələr olmadan başa düşülən nitq

Fonetik normanın pozulduğu cümləni tapın:

Gələnlər birazdan kor - peşman dağılışdılar
İşi dayandırmağı əmr buyurublar
Bilənlər bilməyənlərə desinnər
Daldan atılan daş topuğa dəyər

Azərbaycan nümayəndə heyətinin üzvünün Avropa Şurasındakı çıxışı natiqliyin hansı sahəsinə aiddir?

Siyasi natiqlik
İşgüzar natiqlik
İnzibati – idarə natiqliyi
Akademik natiqlik

Mehriban, çiçək, maral kimi sözlər belə adlanır?

Fonem
Omonim
Omoform
Omoqraf
Paronim

Terminlər nəyə deyilir?

Müxtəlif bölgələrdə işlənən sözlərə deyilir
Müxtəlif peşə sahələri aid olan sözlərə deyilir
İsimdir
Fonetikaya deyilir
sözbirləşmələrinə deyilir

Dilçilik haqqındakı fikirlərdən yalnız biri düzdür:

Bədii əsərlərin dilində dialekt sözlərə rast gəlmək olur
Yazının ən son və müasir növü piktoqrafik yazıdır
Azərbaycan dilinin elmi qrammatikasını Əliheydər Orucov yazmışdır
Azərbaycan milli dili XII əsrin sonlarında formalaşmışdır
Müasir həyatımızda piktoqrafik yazının izlərinə rast gəlmək olmur

Alınma sözlər cərgəsini göstərin

Vətən, ana, sait
Məktub, şəfəq, təbii
Səkkiz, uşaq yurd
Motor, torpaq, yeddi
Bacı, su, oxumaq

Ədəbi dildə sözün tələffüz qaydası adlanır:

Orfoqrafik norma
Orfoepik norma
Leksik norma
Qrammatik norma
Fonetik norma
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed