Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Şamaxı-Pirqulu turu

Shagird.az - Şamaxı-Pirqulu turu- Şagirdin istirahəti

07:00-9:00 - Bakı-Şamaxı yolu. Yolüstü “Diri Baba” ( 1402-ci il ) türbəsini, “Pirsaat Piri”nə ziyarət.

Shagird.az - Şamaxı-Pirqulu turu- Şagirdin istirahəti

9:00-da Səhər yeməyi (Restoranda )

10:00-13:00 - Şamaxı ərazisində bütün tarixi abidələrdə gəzinti:

Şamaxıda bizə professional bələdçi Şamaxının mədəniyyəti, tarixi abidələri haqqında məlumat verməyə başlayacaq. İlk ekskursiyamız Tarix Diyarşünaslıq Muzeyi olacaq. Burda Siz əyani olaraq Şamaxının tarixini gözlərinizlə görəcəksiniz. Sonra səfərimiz “Cümə Məscidinə”(VIII əsr) olacaq. Xalçaçılıq sexində Şamaxı xanımlarının qədim üslubla xalça toxumasına tamaşa edəcək və Şamaxı xalçaları haqqında ətraflı məlumat alacaqsınız. Şamaxıda həmçinin görkəmli şairimiz M.Ə Sabirin ev muzeyinə ziyarət edəcəyik. Bir Çoxlarımız “Nəsimi” filminə baxmışıq. Həmin filmdə çəkilmiş olan Şah Xəndan türbəsini də görmək şansınız olacaq. Şamaxının ən görkəmli tarixi abidələrindən biri də, Yeddi Gümbəz ( VIII –XV ci əsr. ) Türbəsidir. Sonuncu ziyarətimiz Misgərlik dükanına olacaq. Şamaxı turundan sonra səfərimiz Pirquluya olacaq. Pirquluda İSTİRAHƏT MƏRKƏZİ”-nə yerləşmə.

13:0-14:00 – Nahar ( İSTİRAHƏT MƏRKƏZİNDƏ OLACAQ)

14:00-15:00 - Asudə vaxt.

15:00 – 17:00 - Şamaxı dağlarında, meşəliklərində səyahət.

Shagird.az - Şamaxı-Pirqulu turu- Şagirdin istirahəti

17:00 – 18:00 - Asudə vaxt. Çay süfrəsi. Dönüşə hazırlıq.

18:00 – 21:00 – Şamaxı - Bakı yolu

 Qiymətə daxildir:
-- Komfortlu Avtobus
-- Tur Rəhbəri
-- Foto Çəkiliş
-- Şəkillər ( DVD VƏ CD Diskdə Veriləcək )
-- Səhər yeməyi ( Restoranda)
--Çay süfrəsi
-- Professional Bələdçi

Shagird.az - Şamaxı-Pirqulu turu- Şagirdin istirahəti

Dostlarınızla paylaşın!

Bu səhifə 2021 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....