Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Şəhər daxili tur (İçəri şəhər - Şirvanşahlar sarayı - Miniatür Kitab Muzeyi - Qız Qalası - Bayraq Meydanı ...)

Shagird.az - Şəhər daxili  tur (İçəri şəhər - Şirvanşahlar sarayı - Miniatür Kitab Muzeyi - Qız Qalası - Bayraq Meydanı ...)- Şagirdin istirahəti

Qiymətə daxildir: 

  •   Avtobus (music player,kondisioner)
  •   Avtobusda qəlyanaltı (Su və şirniyyat)
  •   Bələdçi
  •   Muzeylərə Giriş ödəməsi (Məktəblilər üçün)
  •   Ekskursiyalar  

Tur Proqram:

10:00-10:30  Təyin olunmuş yerdə toplaşma

 10:30 İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğuna yola düşmə.

Shagird.az - Şəhər daxili  tur (İçəri şəhər - Şirvanşahlar sarayı - Miniatür Kitab Muzeyi - Qız Qalası - Bayraq Meydanı ...)- Şagirdin istirahəti

Azərbaycan xalqının mədəni irsinin nadir incisi, hər bir Azərbaycanlının qürur mənbəyidir. 22 hektarlıq, çox da böyük olmayan ərazidə yüzlərlə tarixi abidə vardır ki, bunlardan da 4-ü dünya, 28-i yerli əhəmiyyətlidir. İçərişəhər – şəhər içərisində unikal şəhərdir. İçərişəhərdə 1300-dən çox ailə yaşayır, bir neçə muzey vardir. (Daha ətrafli tur müddətində bələdçimiz sizlərə məlumat verəcəkdir)   

 11:00-11:30 Şirvanşahlar sarayı ekskursiyası

Shagird.az - Şəhər daxili  tur (İçəri şəhər - Şirvanşahlar sarayı - Miniatür Kitab Muzeyi - Qız Qalası - Bayraq Meydanı ...)- Şagirdin istirahəti

İçərişəhərin yüksəkliklərindən birində orta əsrlərə aid Şirvanşahlar Sarayı kompleksi yerləşir. Sarayın əsası XII əsrdə qoyulmuş və tikinti XV əsrdə başa çatmışdır.  Saray müxtəlif hündürlüklərdə olan üç daxili həyətdən ibarətdir. Kompleksdə XVI əsrə aid yeganə abidə “Murad Qapısıdır”. Bunlarla yanaşı Şirvanşahlar Sarayı kompleksində “Bayıl Daşları” da saxlanılır. Üzərində kitabə və təsvirlər olan bu daş lövhələr Şirvanşahların müdafiə qalası olan Bayıl qəsrinin qalıqlarıdır. (Daha ətrafli tur müddətində bələdçimiz sizlərə məlumat verəcəkdir)     

 11:30-12:00 Miniatür Kitab Muzeyi ekskursiyası

Shagird.az - Şəhər daxili  tur (İçəri şəhər - Şirvanşahlar sarayı - Miniatür Kitab Muzeyi - Qız Qalası - Bayraq Meydanı ...)- Şagirdin istirahəti

Bakı şəhərin mərkəzində -İçəri Şəhərdə dünyada yeganə Miniatürlük kitab muzeyi yerləşir.O, 2 aprel 2002-ci ildə öz fəaliyyəti başlamışdır.20 ildən artıqdır ki, Zərifə Salaxova, nadir kolleksiyasını toplayırdı. Bu toplam, 47 ölkədən 4000 kitablardan ibarətdir.
Muzeyə daxil olanda, Siz “ miniatür” kimi səyahət edirsiz.
Muzeydə inqilabdan qabaqdaki Rusiyada və sovet dövründə nəşr olunmuş,
Ukrayna, Belarus, Moldova, Orta Asia, Gürcüstandan toplanmış nəşrlər var.Burada azərbaycan ədəbiyyatının klassikları – Nizami, Nəsimi, Vagif, Füzuli, F.Axundov,Natavan, S.Vurğun, Bül-Bül kimi tanınmış məşhur klassikların əsərləri var. (Daha ətrafli tur müddətində bələdçimiz sizlərə məlumat verəcəkdir)   

 12:00-13:00 Qız Qalası ekskursiyası

Bakı şəhər qalasının cənub-şərq hissəsində yerləşir. Nəhəng silindr formasında olan bu abidənin hündürlüyü 28 metrdir. Təməl hissədə qala divarlarının qalınlığı 5 metrə, 8-ci mərtəbədən yuxarıda isə 4 metrə çatır. Qala 8 gümbəzdən ibarətdir ki, onlar Qalanı 8 mərtəbəyə bölür. Bütün şərqdə analoqu olmayan qeyri-adi forması onun qədimliyi haqqında xəbər verir. (Daha ətrafli tur müddətində bələdçimiz sizlərə məlumat verəcəkdir)   

 13:00-14:00 Bayrağ Meydanina və  Dag üsdü Park Şəhidlər Xiyabanina Ziyarət 

 14:00 Turun SoNu. 

Shagird.az - Şəhər daxili  tur (İçəri şəhər - Şirvanşahlar sarayı - Miniatür Kitab Muzeyi - Qız Qalası - Bayraq Meydanı ...)- Şagirdin istirahəti

Dostlarınızla paylaşın!

Bu səhifə 1618 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....