![]() |
|
Bizim saytımıza xoş gəlmisiniz!
Bu saytın yaradılmasının səbəbi bizim şagirdlərə və onların valideynlərinə bacardığım yardımı etmək istəyimizdir. İlk baxışda bu sayt sadə görünsədə, onun həcmi fənlərin, siniflərin və kitablardakı paraqraflara yazılan sualların tam olaraq saytda yerləşdiriləndən sonra, çox böyük olacaq. Biz bu proyektlə çoxlu sayda sadə insanların arzusunu gerçəkləşməsinə çalışmışıq. Amma bu saytı tam işə salmaq üçün bizim biliyimiz və ona sərf etdiyim vaxt yetmir və bizə bu işdə yardım edə biləcək xalqına can yandıran əsl patriot müəllimlərin yardımı lazımdır.
Soruşa bilərsiniz ki, necə yardım edə bilərsiniz. Çox sadə. Əgər Siz müəllimsinizsə bu sayta çox köməyiniz dəyə bilər. Aşağıdakı proseslərdə yardım edə bilərsiniz.
Əgər təklifiniz varsa sadəcə məktub yaza bilərsiniz.
Məyər bunları etmək üçün maddi vəsait lazımdır? Xeyir! Əgər biz, adi bir sadə insan olaraq, bu saytı yaratdiqsa, müəllim olaraq hər bir müəllim bu proyektə sadəcə 10 dəqiqəsini həsr etsə yetər. Ola bilər ki Siz deyərsiniz ki Sizin imkanınız var suallar yazasınız, amma kompüteriniz yoxdur və ya internet vasitəsilə məktub yaza bilmirsiniz. Həmin zaman sadəcə kağızda yazaraq bizə göndərin və ya bizimlə 050-686-86-44 nömrə ilə əlaqə yaradın. Hər yazılmış sualınızın alt hissəsində Sizin adınızı və soyadınızı yazmağı, yəni ki, Sizin müəlliflik hüquqlarını qorumaq bizim borcumuzdur (əgər Sizin belə bir istəyiniz varsa). Əvvəlcədən təşəkkürlər.. Hörmətlə,
Shagird.az |
![]() |














































