"Vulkan" sözü haradan əmələ gəlmişdir?

Vulkan

Vulkan – yer qabığındakı çatlardan püskürmüş kül, lava və dağ süxurlarının qırıntılarından yaranmış dağdır.
Qədim Romada yeraltı alov allahı Vulkan adlanırdı. Planetin tam mərkəzində hərəkət edən maye halında süxurlardan – maqmadan yer üzünə açılan bu odpüskürən nəfəsliklərə elə sözügedən allahın adı verilmişdir. Yatmış vulkan fəaliyyətə başlayanda kraterindən lava, kül, yanar qazlar, su buxarları və parçalanmış dağ süxurları püskürür. Dəniz dibində olan bəzi vulkanlar vulkanik adalar əmələ gətirir. Yer üzündə 600-dən çox aktiv vulkan var. Bir çox vulkanlar artıq fəaliyyətini dayandırıb. Onlar sönmüş, və ya ölü vulkanlar adlandırılırlar.
Bir çox hallarda vulkan püskürməsi çox dəhşətli fəlakətlərlə nəticələnir: məsələn, 1902-ci ildə Martinikada yerləşən Mon-Pele vulkanının oyanması nəticəsində 40000 nəfər həyatını itirmişdi.

1883-cü ildə İndoneziyanın Krakatoa adasında vulkan püskürməsi baş verdi. Püskürmənin səsi o qədər güclü idi ki, onu 5000 km məsafədən – Avstraliyadan da eşidirdilər.
Partlayışın yaratdığı effekt dağıdıcı olduğu qədər də cəlbedici idi:

Kül və daş parçaları 80 km hündürlükdə havaya uçdular. Külək vulkanik külü bütün dünyaya yaydı və nəticədə günəşin qürubu zamanı çox gözəl effekt yarandı. Okeanda nəhəng sunami dalğası qalxdı və Yava, Sumatra adaları su altında qaldı, fəlakət nəticəsində 36000 nəfər həyatını itirdi.
Hər şey sakitləşəndən sonra Krakatoa adası artıq yox olmuşdu – onun yerində yalnız bir neçə diş-diş qaya qalmışdı.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

nuray_letifli

cox sag olun

Qonaq__815775

Çox maraqlıdır.

Qonaq__1812825

Sizə öz dərin təşşəkürmü bildirirəm.Əyani materiallar daha çox olsa,insanlar maariflənər və daha çox bilik əldə.edə bilərlər.Hörmətlə,Yusif

Qonaq__2026541

cooox maraqli melumatdir cooox sagolun xosuma geldi .

Qonaq__2046064

Vulkanlarin adi hundirliyi

Qonaq__13540582

cooox maraqli idi twkler

Qonaq__15084856

Cox saq olun bu melumata gore.Bilmediklerimizi oyrenirik.

həddən artıq çox təşəkkür edirəm.Nə yaxşı ki, varsınız.

Qonaq__24652648

cok guzel tesekkurler siz olmasaydiniz dersimden 2 alardim oxudum beyendim ve yazdim cook guzelllllllllllll

Qonaq__24652648

coxxxxxxx beyendim cokkkk guzelllllsuperrrrrrrrr

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed