Tozsoranın yeni bir "növü"

Müasir həyatımızın sürətli inkişafının fəsadlarından biri ətraf mühitin çirklənməsidir. Buna havanın tozla, tüstü ilə və sair zəhərli və təhlükəli maddələrlə zəhərlənməsi də daxildir. Onlardan biri ən adi olsa da, evlərimizdə çox miqdarda olması məsləhət deyil. Söz TOZDAN gedir. Ona görə də evlərimizdə ən lazımlı avadanlıqdan biri tozsorandır. Onun çeşidləri onlarladır.

Tozsoranın yeni bir "növü" - 1

Britaniyalı Cek Tayler isə tozsoranı başqa bir tozsoran modelinin karton qutusundan düzəldib. Onun ideyası Vax şirkətinin o qədər xoşuna gəlib ki, şirkət belə tozsoranların istehsalına başlamaq niyyətini bildirib.

Tozsoranın yeni bir "növü" - 2

Yeni tozsoranın müəllifi, Lafboro universitetinin 22 yaşlı tələbəsi deyir ki: "Mənim bu məhsula böyük ümidlərim var, xüsusilə Honkonq və Çin kimi Asiya bazarlarında. Bu tozsoranın istehsal xərcləri yetərincə azdır. "

Tozsoranın yeni bir "növü" - 3

Vax ev adını almış model qablaşdırmada istifadə olunmuş büzmələnmiş kartondan ibarətdir. Zədələnmiş karton paneli asanlıqla əvəz etmək olur və onun əvəz edilməsinin dəyəri plastiklə müqayisədə 10 dəfə ucuz başa gəlir.

Tozsoranın yeni bir "növü" - 4

İxtiraçının sözlərinə görə, karton panellər oddan və nəmlikdən qoruyucu qatla örtülmüşdür. Zövqündən asılı olaraq, istifadəçi tozsoranı istədiyi kimi rəngləyə bilər.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

mishka

çox yaxsi kəşfdir.xəbərə gorə təşəkkurlər

early

əla tozsoran növüdür. Görəsən bunu necə düzəldiblər.
:))

08b

elaa

Qonaq__4305861

super bisey bence cok pahalidir tskr

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed