Simsiz enerji toplayan smartfon yaradılıb

Simsiz enerji toplayan smartfon yaradılıb - 1

Finlandiyanın "Nokia" şirkəti "Windows Phone" 8 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Lumia 920" smartfon modelini təqdim edib. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, telefonu enerji ilə doldurmaq üçün ona simli enerji toplayıcısını qoşmaq vacib deyil, çünki aparatı xüsusi altlıq üzərinə qoyduqda enerji toplamağa başlayır.

Simsiz enerji toplayan smartfon yaradılıb - 2

"Lumia 920" modelində "PureView" texnologiyasından istifadə olunub. Şirkət nümayəndələri bildirirlər ki, bu texnologiya sayəsində az işıqlandırma şəraitində qurğuda quraşdırılan işıqlandırma funksiyasından istifadə olunmadan şəkillər çəkmək mümkündür. Avtomatik tənzimləyici funksiya videoçəkiliş zamanı təsvirin titrəməsinin qarşısını alır. Smartfonda "City Lens" əlavə reallıq brauzeri quraşdırılıb. Əlavədə istifadəçi kameradan kadrda obyektlər haqqında məlumatın yer aldığı təsviri görür. Naviqasiya funksiyasını "Nokia Maps", "Nokia Drive" və "Nokia Transport" əlavələri tənzimləyir. "Nokia Maps" hətta internetə qoşulmadan xəritələrlə işləməyə imkan verir.

Simsiz enerji toplayan smartfon yaradılıb - 3

"Nokia" nümayəndələri "Lumia 920"-nin fərqləndirici cəhəti kimi ekranda təsvirin yüksək dəqiqlikdə olmasını və sürətlə yenilənməsini göstərirlər. İstifadəçi çəkiliş aparan zaman mətn və digər məlumatlar pozulmur. Smartfonun ekranı hətta əlcəklə barmaq toxunuşuna reaksiya verir. "Lumia 920" 1,5 giqahers takt tezlikli ikinüvəli "Snapdragon S4" prosessorunun bazasında işləyir. Quraşdırılmış kamera üçün optika şüşə "Carl Zeiss" şirkəti tərəfindən hazırlanıb. Aparat ekranının diaqonalı 4,5 düym, fotokameranın təsvir ölçüsü 8,7 meqapiksel təşkil edir.
"Nokia" sirkəti "Lumia 920" modeli ilə eyni vaxtda daha ucuz (qurğuların qiyməti hələ ki açıqlanmayıb) "Lumia 820" aparatını da nümayiş etdirib. Bu modeldə "PureView" texnologiyasından istifadə edilməsə də, əvvəlki qurğu kimi enerjini simsiz toplaya bilir və eyni proqram təminatı ilə təchiz edilir.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

kaamiilee

nice

emka817

men telefona enerji catdira bilmirem cunki 24 saat isleyir............bu ixtirani beyendim..........

Çox maraqlıdır amma görəsən satışa çıxıb?

H_Yaqut

mende istirem )

Qonaq__364829

bu cox maraqli ixtiradir

redkit

nokia umumiyyetle instagram və digər proqramları acmır.samsung yaxşıdı.

Qonaq__227431

Men buna baxmayaraq HTC one- daha ustun tuturam

Qonaq__423991

DOGRUDUR MENDEDE VAR

perish_Lee

Cox maraqlidir

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed