Nəyə görə od və buza toxunanda biz ağrı hiss edirik?

Nəyə görə od və buza toxunanda biz ağrı hiss edirik? - 1
Çox isti və ya çox soyuq bir şeyə toxunduqda, hisslərimiz ağrı yaradır. Bəs niyə? Buna səbəb nədir?
Ütü ilə buz arasında nə oxşarlıq ola bilər ki? İlk baxışdan insan belə düşünür. Lakin hər ikisi eyni dərəcədə ağrı hissi yarada bilir. Kəskin isti və kəskin soyuq, insan dərisinə çox pis təsir edir. Beyin bu termal kəskinlikləri eyni dərəcədə qəbul edir.
Dərinin - və onunla əlaqədar sinirlərin - funksiyası haqqında adətən toxunma hissiyyatına cavabdeh kimi düşünürük, lakin, bioloqların "somato-duyğu" adlandırdıqları hiss, əslində daha geniş məna daşıyır.
Buraya özünə toxunma və ya dərinin mexaniki xəbərdarlıq tanıması, proprioseptik və ya bədənin səmt və mövqeyini hiss etmə bacarığı və nosiseptik və ya bədənin zərərli xəbərdarlıqları müəyyənləşdirmə bacarığı daxildir. Ağrı, bədənin nosiseptik duyğuya reaksiyasıdır.
Nəyə görə od və buza toxunanda biz ağrı hiss edirik? - 2
Ağrının mexaniki, kimyəvi və ya termal olmasında asılı olmayaraq, nosiseptik duyğu, bizi ondan uzaqlaşmaya vadar edir. Əlinizi alova yaxınlaşdırdıqda, yanma hissi əlinizi, alovdan mümkün qədər tez çəkməyə məcbur edir.
Milli.Az BBC-yə istinadən bildirir ki, bu insanı incitsə də, ağrı, bədənin təhlükəsiz qalmaq çabasına bir işarədir. Ağrı hissini itirmək isə əsl problemdir.
"Əsas prinsip hiss neyronlarının bədəndə hərəkət edən kanal dəstələrinin, birbaşa isti və ya soyuq temperaturlar tərəfindən hərəkətə keçməsindədir," Duke Universitetinin neyrobioloqu Jorg Grandl deyir.
Genetik olaraq dəyişdirilən siçanlar üzərində 15 il aparılan araşdırmalardan sonra tədqiqatçılar, bu kanalların - neyronların divralarındakı proteinlə əlaqədar olaraq - temperatur hissi ilə birbaşa bağlı olması nəticəsinə gəliblər.
Onlardan ən yaxşı anlaşılanı TRPV1 kəskin istiyə cavab verir. TRPV1 temperatur 42 dərəcə selsiyə çatmasa hərəkətə keçmir. Bu temperatur isə, həm insanlar, həm də siçanlar üçün kəskin isti sayılır.
Dəri bunu hiss edər-etməz, kanal aktivləşir və bu da öz növbəsində bütün siniri aktivləşdirir və siqnal beyinə bəsit bir mesajı çatdırır: of!
"Soyuqda da eyni mexanizm işə düşür," Grandl izah edir. Buna cavabdeh olan protein TRPM8 adlanır və kəskin soyuq əvəzinə bu kanal, sərin, amma kəskin soyuq olmayan temperaturlara reaksiya verir.
Yerdə qalan və an az anlaşılan protein isə TRPA1 adlanır. Tədqiqatçılar bunun kəskin soyuq zamanı aktivləşdiyini aşkar etsələr də, onun soyuğu müəyyənləşdirməkdə rol oynayıb-oynamadığı sual olaraq qalır.
Nəyə görə od və buza toxunanda biz ağrı hiss edirik? - 3
Birlikdə bu üç protein - TRPV1, TRPM8 və TRPA1 - bədənin müxtəlif temperaturları müəyyənləşdirməsini təmin edir. Bunlar nosiseptik olmadığından, proteinlərin işi, müəyyən temperaturları tapmaq yox, uzaq tutmaqdan ibarətdir.
Məsələn, TRPM8 reseptoru zədələnən siçanlar, sərin temperaturlardan uzaq durmurlar. Bu isə siçanların - elə çox güman ki, bizim də - xoş temperaturları axtarmadığımız mənasına gəlir.
Əvəzində onlar, soyuq və kəskin istini uzaq tutmağa çalışırlar. Bu isə onların niyə mülayim, günəşli mühitdən xoşladıqlarını izah edir.
Tədqiqatçıların TRP reseptorlarının aktivləşdiyi termal sərhədləri müəyyənləşdirməsi, onların yüngülləşdirilməsi demək deyil. Əgər günəş yanığı almısınızsa, ilıq su sizə isti gələ bilər.
Lakin, bu reseptorları aktivləşdirən təkcə temperatur deyil. Bitkilər də bunu bacarır. Kəskin istidə hərəkətə keçən TRPV1, həm də acı bibərlərə acılıq verən kapsaisin tərəfindən də aktivləşir.
TRPM8 nanə yarpaqlarında olan kimyəvi maddə mentolun sərinlik gücünə cavab verdiyi kimi, TRPA1 xardal bitkilərinin təsirindən aktivləşdiyinə görə həm də "wasabi reseptoru" adlanır.
Bəs temperaturun hərəkətə keçirdiyi reseptorlar, niyə bitkilərdən də təsirlənirlər? Washinqton Universitetinin molekulyar bioloqu Ajay Dhaka-ın da izah etdiyi kimi, TRPV1 balıqlar, quşlar və ya dovşanlarda kapsaisinə heç bir cavab vermədiyi halda, insanlar və gəmiricilərdə hərəkətə keçir.
"Ola bilsin ki, kapsaisin tərkibli bitkilər, bəzi heyvanların onları yeməməsi üçün bu cür qurulublar," o deyir. Fərz edilir ki, mentol və xardalın təkamülü də eyni gücə dayanır.
Nəyə görə od və buza toxunanda biz ağrı hiss edirik? - 4
Başqa sözlə, bitkilərlə temperatur arasındakı bu vacib əlaqə, heyvanların yox, bitkilərin təkamülünə işarə ola bilər. Çox güman ki, bitkilər bizim bədənimizin temperatur müəyyənləşdirmə bacarığını ələ keçirməyin yolunu tapıblar.
Beləliklə, jalapeno bibərini yedikdən sonra bədənimizin əsməsinə səbəb, bibərlər yox, kapsaisin və hərarətin dərinin sinirlərini - eləcə də bədəni - eyni cür aktivləşdirməsidir.
Zərərli xəbərdarlıqlara köklənən reseptorları müəyyənləşdirməklə bu bitkilər, görməmiş kimi yeyilməmənin yolunu aşkarlayıblar... ya da ki, biz, acılı yeməklər və wasabi-in gözyaşardıcı dadından həzz almağı bacarmağın yolunu tapmışıq.
Növbəti dəfə acılı təam yedikdən sonra, sürətlə döyünən ürəyinizə səbəb olan acı ilə birlikdə, bitkilərlə heyvanlar arasındakı savaşın milyon illik təkamülünü yada salın. O savaş ki, hələ ki, biz qalibik.
Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__26182798

İnsanlarda 4 əsas xususiyyətdən 1 də qıcıqlanmadır qıcıqlanma zamanı biz isti və soyugu hiss edir daha çox istiyə və yaxud soyuğa əl vurduqda ağrı hiss edirik

Həqiqətən çox maraqlıdır.

Başqa maraqlı hadisələr də yaza bilərsiniz?

cox maraqlidir

Qonaq__26378055

elllllllaaaaaaaaaaaaa beyendim

Qonaq__26763638

maragli idi. tewekkur edirem.

Qonaq__26947129

Aferin! Ehsen...!düzdü

Qonaq__28148025

mence oda ve buza toxunanda insan elini tez geri cekir . eger cekmese toxumalar ve huceyreler mehv olar

Qonaq__28574048

oxumamisam

Qonaq__28363265

meqale ucun tesekkurler

Qonaq__29155041

cox maraqli ve dogru oldugunu dusunurem

Qonaq__29458289

bu cox maraqli bir fakt lardir
meqale gozel yazilib

Qonaq__30350055

Melumat üçün teşekkürler.

Qonaq__30498854

maraqlıdı ölkələr haqqında hazırlasaz əla olar təşəkkürlər

Qonaq__26846991

Maraqli idi

Qonaq__30502522

Maraqli idi

Qonaq__29870515

ela

Qonaq__31006140

Maraqlıdır teşekkur edrem

Qonaq__28686428

cox uzundu amamaraqlidi

Qonaq__31231697

tamda basa dusmedim cunku helede oxumadim amma ay haqqinda ki melumat bundan daha maragli idi

Qonaq__31915213

cox maraqli idi tesekuur

Qonaq__32352014

sagolun.cox maraqli idi.

Qonaq__31040768

menim adim xumardir agdam rayonu rzalar kendinde hal -hazirda yawayiram

Qonaq__32634520

Bu cür maraqlı şərhlərə görə sizə təşəkkürümü bildirirəm☺

Bu maraqlı deyil

Qonaq__32709402

xosuma geldi

Çox məlumatdı təşəkkürlər çox maraqlıdı amma

Qonaq__33051913

Maraqlı idi

Qonaq__33107248

Çoooooooooooooooooooooooooooooooooox beyendim eledır bunu yazana aferin helal olsun be

Qonaq__33497041

Bənce harika çoook beyəndim

Qonaq__32194708

Yaxsidi

Qonaq__31757287

eladi bunu yazan halaldi

Qonaq__33580079

cox maraqliidi amma daha genis yazsaydiniz ve basaqa maraqli seyler haqdada yazsaydiniz mence daha maraqli ola bilerdi MUELLIM MESLEHETI

Qonaq__33580079

COOOOOOOOX ELA IDI HETSIZ DERECEDE HEQIQETEN COX MARAQLI IDI BILMEDIYIM SEYLERI OYRENDIM YENE YAZIN AFERIN

Səhr yaz

......