İndi hamının şəkil muzeyi olacaq?!...

Çağdaş dövrümüzdə evində hər hansısa orijinal rəsm əsəri olan insanlar yetərincə təminatlıdır. Məlumdur ki, onların surətlərini də almaq olar (məsələn - bir neçə yüz dollara). Amma yeni ixtira olunmuş üsul surətlərin orijinala daha da yaxın olmasını təmin edəcək...
Rusiyalı fiziklər hər hansı şəklin mükəmməl surətini çıxartmaq üsulunu icad ediblər. Həmin bu üsuldan istifadə edərək, hər bir kəs üçün "Mona Liza"-nın surətini çıxartmaq mümkün olacaq. Sözü gedən bu surətləri orijinaldan ayırmaq mümkün olmayacaq.

İndi hamının şəkil muzeyi olacaq?!...

Bu üsulu ixtira edənlər Rusiya Elmlər Akademiyasının P.N. Lebedev adına Fizika İnstitutunun əməkdaşlarıdır. Həmin bu üsul lazerin köməyi ilə maddələrin daşınmasına əsaslanır. Qurğunun işi isə kompüterlə idarə olunur.
İxtiraçı qrupun rəhbəri Aleksandr Nəsibovun dediyinə görə, bu üsulda misin buxarına əsaslanan lazerin köməyi ilə yağlı boya bir şəkildən digər birisinə köçürülür. Bunun köməyi ilə hətta şəklin bir hissəsini belə asanlıqla köçürmək olar.
Yeni üsulla nəinki şəkillərin surətini çıxartmaq mümkündür, hətta heç bir fırça istifadə etmədən kompüterin monitorunda yenisini yaradaraq, yeni bir şəkil ixtira edə bilərsiniz.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Doktor_Ali

Gözəl icatdır.Yaxşı işlərə istifadə olunsa lap əla olar

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed