Hava şarında kosmosa uçuş reallaşır

Hava şarında kosmosa uçuş reallaşır - 1

Barselonada yerləşən zero2infinity şirkəti bütü arzu edənlərə "yaxın kosmosa" uçuş biletlərini sifariş verməyi təklif edir. Firma 110 min avro qarşılığında turisti hava şarında 36 kilometr hündürlüyə qaldırmağı öhdəsinə götürür.
İspan layihəsi bloon adlanır və "heç bir yanacaq, səs-küy və tullantı olmadan ekoloji təhlükəsiz üsulla kosmosa qalxmaq" kimi təqdim olunur.
Layihəçilər dörd nəfər turist və iki ekipaj üzvünü qaldıran, hava ilə doldurulan modul inşa edəcəklər. Bu "səbəti" stratosferə helium ilə doldurulmuş hava şarı qaldıracaq. Yerə qayıtmaq üçün səyahətçilər heliumu boşaldıb şarı buraxacaqlar və şarın əvəzinə paraşüt açılacaq. İnhabitat-ın verdiyi məlumata görə, səkkiz ədəd hava ilə doldurulmuş yastıq təhlükəsiz enməni təmin edəcək.

Hava şarında kosmosa uçuş reallaşır - 2

Uçuş təxminən üç saat çəkəcək. Sərnişinlərə nahar və içkilər təklif ediləcək (zero2infinity-nin illüstrasiyaları).
Zero2infinity bortda insan olan ilk uçuşu 2012-ci ildə yerinə yetirməyi, 2015-ci ilədək isə 36 kilometr yüksəkliyə daimi turist reysləri təşkil etməyi planlaşdırır. İrimiqyaslı prototipin – İspaniyanın futbol üzrə yığma komandasının kiçik nümunəsinin keçən ilki test uçuşu ispanlarda bu ideyanın yerinə yetirilməsinə inam yaradır.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

very_cleverboy

eladir tay biz goylerde seyahet edeciyik

Qonaq__2099240

Bunu ilk defe Baumqarten edib

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed