Hansı ölkədə internetdə təhqirə görə həbs oluna bilərsiniz?

Hansı ölkədə internetdə təhqirə görə həbs oluna bilərsiniz? - 1

Yeni Zelandiya parlamenti internetdə hədə-qorxunu şantaj və fiziki təzyiqə cəhdlə eyniləşdirmək barədə qərar qəbul edib.

İKT.lent.az-ın “Qazeta”ya istinadən xəbərinə görə, bundan sonra istifadəçiləri internetdə qorxudanlar cinayət məsuliyyəti daşıyacaq.

Qanunvericiliklə insanlara irqçi və ya cinsi ayrı-seçkilik, eləcə də dinin, seksual oriyentasiyanın və insanın əlilliyinin təhqir olunması ilə bağlı məlumatların göndərilməsi qadağan edilir. Belə məlumatları göndərənlərin təqsiri sübut ediləcəyi halda onları iki ilədək həbs cəzası gözləyir.

Yeni Zelandiya hökuməti həmçinin yeni rəqəmli agentlik yaratmağı planlaşdırır. Agentliyin istifadəçilərin şikayətlərinə baxacağı və bütün populyar sosial şəbəkələri, o cümlədən "Twitter” və “Facebook” şəbəkələrini izləməsi ilə məşğul olacağı qeyd edilir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed