Google cinayətkarlara zərbə endirir

Google cinayətkarlara zərbə endirir - 1

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, servis korporasiyanın bəzi məhsullarında istifadəçinin göstərdiyi fəallıq haqqında aylıq hesabatları tərtib edəcək.
Məsələn, "Gmail" elektron poçtu üçün hesabat dövrü ərzində göndərilən məktubların sayı və daha çox məktub göndərilən ünvan sahibləri, eləcə də digər informasiya yer alacaq. "Gmail"-dən başqa, servis axtarış sistemini, "YouTube" videohostinqini, "Picasa" fotohostinqini və "Latitude" geolokasiya servisini əhatə edir. Statistikanı istifadəçi funksiyalarda və yaxud xüsusi səhifəyə keçməklə işə sala bilər. Bundan sonra "Google" hər ay hesabata dair istinad göndərəcək.

Google cinayətkarlara zərbə endirir - 2

Korporasiya nümayəndələri bildirilər ki, verilən məlumat akkauntdan cinayətkarın istifadə edib-etməməsini öyrənməyə imkan da verəcək. Bunun üçün istifadəçi akkuntundan girişin həyata keçirildiyi şəhərlər və brauzerlərin siyahısını yoxlamalı olacaq. Şübhəli fəallıq aşkarlandıqda, "Google" istifadə olunan parolu dəyişməyi tövsiyə edir. Hesabatları istənilən dövr üçün yaratmaq olar. Bununla belə, istifadəçi onlardan hansını istəsə poza bilər. Servis işə salınanda ilk hesabatın bir neçə gündən sonra hazır olacağı barədə məlumat göstərilir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed