Facebookda profil şəkilini canlı video ilə əvəz etmək olacaq

Facebookda profil şəkilini canlı video ilə əvəz etmək olacaq - 1

Facebook-da artıq profil şəkli yerinə profil videosu qoymaq olacaq.

Bu barədə facebook newsroom-da məlumat verilir.

Məlumatda deyilir ki, gün ərzində istifadəçilərin profillərinə 4 milyondan artıq baxış olur. Elə bu səbəbdən Facebook profilləri istifadəçilərin identifikasiyası və bir-biri ilə əlaqəsi üçün daha da canlandırmaq istəyir.

İstifadəçilərin videolara marağının günü-gündən artdığını bildirən Facebook artıq profil şəkli yerinə profil videosu qoymağı da mümkün edir. Tezliklə qısa profil videoları yükləmək olacaq.

Facebook profillərin dizaynında da müəyyən yeniliklər hazırlayıb. Profil şəkli və ya videosu mərkəzdə və daha böyük olacaq. Fotolar və dostlar sağda, yuxarıda yerləşəcək.

Instagram, ya da Twitter-dəolduğu kimi, yeni bir «Bio» sahəsi də artırılır. İstifadəçi burada qısa cümlələrlə özünü ifadə edə bilər.

Yeniliklər hələlik Birləşmiş Krallıqda və Kaliforniyada «iPhone» istifadəçilərinin müəyyən qismində test edilir.

Facebook bildirir ki, qısa zamanda bu yeniliklərdən hər kəs faydalana biləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed