“Facebook”-un fotoəlavəsi işıq üzü görüb

“Facebook”-un fotoəlavəsi işıq üzü görüb - 1

"Facebook" sosial şəbəkəsi iOS əməliyyat sistemi bazası əsasında işləyən mobil qurğular üçün nəzərdə tutulan fotoəlavəni nümayiş etdirib. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, əlavə istifadəçiləri aparatın kamerası ilə fotoşəkillər çəkmək, onları emal edərək "Facebook"-dakı dostlarla paylaşmaq imkanı əldə ediblər.

“Facebook”-un fotoəlavəsi işıq üzü görüb - 2

Şəkillərə filtrləri qoymaqla yanaşı, "Facebook Camera"-da kadra düşən adamları və şəkillərin çəkildiyi yeri qeyd etmək mümkündür. Fotoşəkilləri həm bir, həm toplum şəklində dərc etmək imkanı var. Yenilənmə lentində istifadəçinin dostları tərəfindən dərc edilən bütün şəkillər göstəriləcək. "Facebook Camera"-dan hələlik yalnız ingilisdilli istifadəçilər yararlana bilərlər. Əlavə bir neçə həftə ərzində başqa dillərə tərcümə olunduqdan sonra onu digər ölkələrdə yükləmək mümkün olacaq.

“Facebook”-un fotoəlavəsi işıq üzü görüb - 3

Əlavə "Facebook" əməkdaşları tərəfindən "Instagram" proqramçılarının köməyi olmadan hazırlanıb, çünki eyniadlı fotoəlavə yaradan əməkdaşların işə qoşulması hələ ki başa çatmayıb. "Facebook" "Instagram"-ın 1 milyard dollara alınması ilə bağlı razılığın əldə olunmasını ilk dəfə bu il aprelin 9-da açıqlayıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed