Eyni nömrəni bir neçə qurğuda istifadə etmək olacaq

Eyni nömrəni bir neçə qurğuda istifadə etmək olacaq - 1

ABŞ-ın AT&T telekommunikasiya şirkətinin abunəçiləri NumberSync adlanan yeni xidmətdən istifadə edə biləcəklər. Xidmət bir telefon nömrəsindən müxtəlif telefon, planşet və digər qurğularda istifadəyə imkan verir. Zəngi istəyə uyğun və ya quraşdırılma funksiyalarından asılı olaraq istənilən qurğuda qəbul etmək mümkün olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, NumberSync xidmətinin əsaslandığı texnologiya Cascade adlanır və AT&T onu ötən ildən sınaqdan keçirməyə başlayıb.

Funksiyanın smartfonlarda dəstəklənməsi üçün xüsusi proqram təminatının quraşdırılması tələb olunur. AT&T qarşısına bütün istehsalçılarla birlikdə işləmək və ağıllı saatlar daxil olmaqla daha çox qurğuları dəstəkləməyi məqsəd qoyur. Xidmət üçün ayrıca ödənişin edilməsi nəzərdə tutulmur, lakin tarif bir neçə qurğuya qoşulacaq ki, nəticədə hər qurğu üçün 5-10 dollar ödəniş ediləcək.

NumberSync xidmətinin mobil rabitə şəbəkəsi vasitəsilə işləməsinə görə qurğuların bir-birinin yanında olması tələb olunmur və bu halda əsas telefon söndürülmüş vəziyyətdə də ola bilər. Bu isə texnologiyanı onun bir sıra analoqlarından fərqləndirir. Məsələn, Apple kompüter və ya planşetdə zəngləri qəbul etməyə imkan verir, lakin bütün qurğular aktiv olmalı və eyni Wi-Fi şəbəkəsinə qoşulmalıdır.

AT&T nümayəndələrinin sözlərinə görə, NumberSync avtomobillərdə telefonun Bluetooth vasitəsilə səsgücləndirici qurğuya qoşulması kimi mürəkkəb prosesi uğurla əvəz edə bilər.

Qeyd olunur ki, zaman ötdükcə insanlar harada olmalarından asılı olmayaraq əl altında olan bütün qurğulardan zənglərə cavab verə biləcəklər.
Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed