Ev telefonuna MMS göndərmək istəyirsinizmi?

Mobil telefonların geniş inkişaf və yayılması insanların bir-birile fərqli formatda əlaqə saxlamağa imkan verir. Buna SMS, MMS və daxildir. Amma bu sadəcə mobil telefonlarda mövcuddur. Yeni xəbər isə ev telefonlarından istifadə edənlərə bir şad xəbər olacaq.

Ev telefonuna MMS göndərmək istəyirsinizmi? - 1

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) ümumi istifadədə olan telefon şəbəkəsi vasitəsilə multimedia ismarıclarının (MMS – Multimedia Messaging Service) göndərilməsi şəbəkəsini işə salacaq. Bu barədə İB-dən məlumat veriblər.

Ev telefonuna MMS göndərmək istəyirsinizmi? - 2

Yeni şəbəkə kontent-provayderlərə stasionar telefonlara multimedia fayllarını çatdırmağa imkan verəcək. Hazırda bazarda artıq SMS və MMS məlumatların göndərilməsi funksiyasını dəstəkləyən simsiz ev telefonları təqdim edilib.
Məlumata əsasən, hələlik bu xidmətin tətbiqinin qarşısını alan amil abunəçilərin təsbit edilmiş telefoniyalarında bu növ şəbəkəni dəstəkləyən telefonların sayının az olmasıdır.

Hazırda "Aztelekom" stasionar şəbəkəsinin abunəçiləri qısa ismarıcların (SMS) göndərilməsi şəbəkəsindən istifadə edə bilirlər. Operatorun SMS-lərin göndərilməsi xidmətindən 2011-ci il ərzində əldə etdiyi gəlirlər 160 min manatı ötüb.
Dövlət operatorunun qısa ismarıcların göndərilməsi üzrə xidməti 2009-cu ildə "Aztelekom" və GSM-operatorlar (Azercell, Bakcell, Azerfon) arasında bağlanan saziş əsasında istismara verilib.
Bizlərə sadəcə bu xəbərin reallığa nə zaman çevriləcəyini gözləmək qalır.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

GENERAL_NEVESI

yaxsi olardi amma bizde olmaz bele sey

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed