Enerji içkilərini içmək olarmı?

Enerji içkilərini içmək olarmı? - 1
"Tamamilə zərərsiz, orqanizmin enerjisini və yaşam potensialını artıran! Alın, için!" Bu reklamlar tanışdırmı?! Təbii, energetik içkilərin istisnasız olaraq hamısı belə aqressiv, hətta zəhlətökən şəkildə reklam olunur.
Həqiqət isə tam əksinədir. ABŞ-da son 3 ildə yaşları 6-dan çox olmayan 2 mindən artıq uşaq energetik içkilərin orqanizmdə yaratdığı fəsadlar, o cümlədən ürək ritminin pozulması diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Professor Stiven Lipşultsun (Steven Lipshultz) dediyinə görə, "Red Bull" və ya "Monster" kimi energetik içkilər azyaşlılarda ürək ritminin pozulması, yəni aritmiya ilə yanaşı, ən müxtəlif nevroloji problemlər yaradıblar.
Məşhur professor hesab edir ki, bir banka energetik içki uşağın orqanizmini zəhərləməyə yetər.

"Energetik içki verilən uşaqlarda aritmiya, qıcolmalar, ürəkgetmələr müşahidə olunmağa başlayır. Valideynlərdən xahiş edirəm: özünüzü və uşaqlarınızı zəhərləməyin, energetik içkilər içməyin", - ABŞ-ın Detroyt şəhərindəki Miçiqan Uşaq Hospitalının (Children’s Hospital of Michigan) professoru, baş pediatr Stiven Lipşults bildirib.
Onun sözlərinə görə, "Red Bull"un 250 ml-lik bankasında 80 mq, "Monster"in 500 millilitrlik bankasında isə 160 mq kofein var. Bu isə uşaq orqanizmi üçün yolverilən limitdən dəfələrlə çoxdur.
Dünən Çikaqoda keçirilən Amerika Kardiologiya Assosiasiyasının (American Heart Association) toplantısında çıxış edərkən bildirib ki, son vaxtlar uşaqlar arsında energetik içkilərin populyarlaşması onda ciddi narahatlıq doğurur: "6 yaşadək uşaqların energetik içkilərdən zəhərlənməsi ilə bağlı Birləşmiş Ştatlardakı toksikologiya mərkəzlərinə vurulan zənglər sürətlə artır. Bu, artıq çox ciddi məsələdir. Uşaqların rasionunda belə içkilərə yer olmamalıdır".
12 yaşadək olan uşağın qəbul edə biləcəyi kofeinin sutkalıq miqdarı onun bədən çəkisinin hər kiloqramına 2,5 milliqramdan artıq olmamalıdır.
Energetik içkilərdə isə bu miqdar dəfələrlə artıqdır.
6 yaşadək uşağın orqanizmini zəhərləmək üçün sutkada 50 mq kofein yetər.
"Ümumiyyətlə, energetik içkilərin tərkibində farmasevtik kofeinlə yanaşı, təbii yolla əldə olunmuş kofein də var. Bu isə ürək-damar sistemində problemlər yaradır, qan təzyiqini aşağı salır və ya artırır, əsəb, həzm sistemlərinin fəaliyyətinə zərbə vurur", - professor S.Lipşults bildirib.(milli.az)

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__4090635

tamamile dogrudur

Zeppetto

Maraqlidi

Qonaq__5237383

temamile dogru

ay_usaq_agilli_ol

men herden icirem qesey dadi var

nermin1

maraqli super

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed