Ən uzun salyami neçə kilometrdir?

Ən uzun salyami neçə kilometrdir?
23 aprel 2010-cu ildə mən ən uzun salyaminin hazırlanması prosesini müşahidə etmək üçün dəvət almışdım. Bu hadisə Belçikanın Sint-Niklaas şəhərində baş verdi. Bu rekordun təşkilatçısı ət məhsullarının istehsalı ilə məşğul olan yerli Cocks Vleeswaren NV şirkətiidi.
Ginnesin rekordlar kitabına düşmək cəhdi şirkətin bu biznesdə 75-ci ildönümü ilə təsadüf edirdi. Şirkətin tarixi və inkişafı haqqında olan video materialın seyrindən sonra məni burada olan bütün avadanlıqlarla tanış etdilər. Bununla, onlar şirkətdə olan ciddi sağlamlıq, təhlükəsizlik və gigiyena standartlarına uyğun olan şəraiti göstərmək istəyirdilər.
Ən uzun salyami neçə kilometrdir? - 2
Bu cəhd üçün xüsusi olaraq avadanlıq sifariş edilmişdi. Bütün texnoloji prosesləri nəzərə alaraq, şirkət sahibləri salyaminin bir hissədən ibarət olması üçün hər bir şəraiti yaratmışdı. Qalan iş isə salyamini istehsal edəcək kollektivin professionallığından asılı idi. Kollektivin hazırlamaq istədiyi salyaminin uzunluğu 1200 m (3,937 fut) olmalı idi.
Ən uzun salyami neçə kilometrdir? - 3
Bu möhtəşəm prosesdən sonra alınan salyaminin uzunluğu 1,152 m 16 sm (3,780 ft 0.54in) oldu. Həmin fakt dəvət olunmuş yerli müstəqil inspektor tərəfindən təsdiq edildi. Bu salyami dünyada istehsal olunmuş ən uzun salyami hesab edilərək Ginnesin Dünya rekordlarının yeni hesabatına əlavə edildi.
İlk olaraq 3114.35 kiloqram xammal ilə başlasalar da, onun yalnız 2171.37 kiloqramını istifadə etdilər. Şirkət sahibləri rəsmi olaraq rekordun təsdiqini alandan sonra əziyyətlərinin əbəs olmadığına çox sevindilər.
Ən uzun salyami neçə kilometrdir? - 4

Təbriklər !!!!

Aleksandr Vipirailenko

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__344434

halal olsun

Qonaq__344434

onu nece hazirlayirsiniz

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed