Ən qədim transportir

Həndəsə dərslərində lazımlı əşyalardan biri transportirdir. Hamı bildiyi kimi, onun köməyi ilə bucaqları ölçürlər. Bu alətin tarixi qədim Misirə gedib çıxır. Beləliklə, .........
New Scientist məlumat verdiyinə görə, yüz il əvvəl qədim Misir memarının qəbrində istifadəsi məlum olmayan bir əşya tapılmışdır. İndi belə bir fikir var ki, bu qədim transportirdir.

Ən qədim transportir - 1

Haqqında söhbət açdığımız əşya 1906-cı ildə Kxa adlı misirli memarın məqbərəsində tapılıb. Fironlar Vadisində tapılan əşya Ernesto Şiapanelli adlı arxeoloq tərəfindən aşkar edilmişdir. İstifadəsi naməlum olan bu alətin nə üçün istifadə olunması haqqında bir neçə versiya var. Fizik Ameliya Sparaviqna-nın fikrincə bu əşya bucaq ölçmək üçün istifadə edilirmiş. Ameliyanın fikrincə məsələ əşyanın bir hissəsi olan diskdədir. Disk çox dəqiq olan ornamentlərlə bəzədilib.

Ən qədim transportir - 2

İtalyan mütəxəssisin fikrincə, ornamentdə olan yarpaqlar diski 16 eyni seqmentə bölür. Nəticədə onların arasında olan bucaq 36 dərəcə təşkil edir. Alət maili səthə qoyulduqdan sonra şaqulla vertikalı müəyyən edilirmiş.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed