Elmi cəhətdən qadınla kişinin 20 fərqi

Elmi cəhətdən qadınla kişinin 20 fərqi - 1

1. Alimlər tərəfindən aparılan araşdırmalara görə, kişi beynindəki siqnallar öndən arxaya doğru, qadın beynində isə sağ və sol hissələrə doğru ötürülür.

2. Qadınların ağciyər tutumu kişilərə nisbətən 30 faiz daha azdır.

3. Kişi beynində boz maddə çoxluq təşkil edir. Qadın beynində isə ağ maddə daha çoxdur ki, bu da qadın beynində sinir siqnallarının daha sürətli çatdırıldığı və qadınların daha sürətli düşünüb qərar vermələrinə gətirib çıxarır.

4. Qadınlar stressdə olduqda hissləri ilə, kişilər isə məntiqləri ilə qərar verir.

5. Cinayət işlərində isə kişilər qadınlara nisbətən daha çox həbs olunur.

6. Qadınlar problemi həll etdikləri zaman ön beyin hissəsi çalışır ki, bu da problemin həllində onlara kömək olur.

7. Daha böyük parietal beyin qabığına sahib olan kişilər xəritə oxumada, cəld düşünmədə və riyaziyyatda daha uğurludur.

8. Qadınlar yüksək temperaturlu istilərlə tab gətirməkdə kişilərə görə daha müvəffəqiyyətlidir. Çünki maddələr mübadiləsində fərq var.

9. Qadın və kişi arasındakı fərqin təməli nevrologiya və genetikadır.

10. Kişilər qadınlar üçün "yumor" silahına çox müraciət edir, qadınlar isə əyləncəli olmağı çox nadir hallarda sınayır.

11. Qadınlarda intihara təşəbbüs nisbəti kişilərə nisbətən üç dəfə çoxdur.

12. Qadınlar xoşlandıqları kişini gizli şəkildə araşdırır. Kişilər isə araşdırmadan hücuma keçir.

13. Orta hesabla kişilər qadınlardan fiziki olaraq 50 % daha güclüdür.

14. Psixoloqlar kişilərin vizual yönümlü olduğunu bildirir. Yəni romantikaya və şəxsiyyətə az əhəmiyyət verir.

15. Qadınlar kişilərə nisbətən daha romantikdir.

16. Son zamanlar aparılan araşdırmalar zamanı kişilərin səbrli olmaları və ehtiyaclarının qadınlardakı qədər güclü olmadığı aydın olub.

17. Qadının qoxu hüceyrəsinin kişiyə nisbətən 50 % daha çox olduğu müəyyən olunub.

18. Kişi beyni qadın beynindən daha böyükdür.

19. Qadınlar doğum günlərini və əlamətdar günləri xatırlamağa daha meyillidir, kişilər isə kommunal xərclərin tarixlərini yadda saxlamaqda.

20. Qız uşaqlarının bətində olduğu zaman anaları ilə əlaqədə olduğunu, oğlan uşaqlarının isə doğuşdan bir neçə ay sonra analarına isinişdiyi məlum olub.

Gül MƏLİKZADƏ

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__12641922

hə ola bilər

Qonaq__12762520

əladı

Qonaq__12941474

cooooox maraqlidi

Qonaq__12956550

Maraqlı idi

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed