Elektrik lampası neçə il yana bilər?

Elektrik lampası neçə il yana bilər?
Müasir zamanda həyatımızı elektrik avadanlıqsız təsəvvür etmək mümkün deyil. Demək olar ki, bütün həyatımız onlarla bağlıdır. Hər gün binalarda olan liftlərdən istifadə edirik, evlərimizi işıqlandırırıq, yemək bişiririk və s. Təsəvvür edin ki, supermarketdən aldığınız 10 kiloluq bazarlıqla 9-cu mərtəbəyə piyada qalxmalısınız. Hətta bunu təsəvvür etmək belə çətindir....
Bəs hər gün istifadə etdiyimiz elektrik lampasının nə qədər ömrü var? Sözsüz ki, istehsalçıdan asılıdır.
Lampaların istifadə üzrə rekordçusu isə Kaliforniya ştatının Livermor şəhərindəki yanğınsöndürmə deposundadır. İnanılmaz bir faktdır ki, bu lampa 1901-ci ildən yanır.... Bəli, tarix doğru yazılıb. Buna baxmayaraq, lampa indiyədək işıq verir (deponu tam işıqlandırmaq üçün yeni işıqlandırma sistemi quraşdırılıb). Həmin bu lampanın gücü 4 vatdır, yəni təxminən 3 şam kimi işıq verir. Maraqlısı odur ki, bu lampanı demək olar ki, heç söndürməyiblər. Həmin bu səbəbə görə, lampa bu qədər vaxtdır ki yanır. 2001-ci ildə uzunömürlü lampanın 100 illiyi keçirildi və onun yaxınlığında veb kamera yerləşdirildi ki, insanlar onlayn olaraq bu lampaya tamaşa edə bilsinlər.
  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

fidan_abdinova_2001

maraqli melumatdir onu oz gozlerimle gormek istiyerdim

Qonaq__399330

partlamadigi vaxt ərzində yana bilər

Doktor_Ali

işıq pulu nə qədəəəəəəəər yazıb uydaaaaaaaaaaaaa!!!!!!!!!!!

Qonaq__7108582

kas ki indi de o cur lanpalar istehsal edileydi.

o keyfiyyeti indiki lampalara tetbiq edilse ela olardi.

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed