Azərbaycanlı alimlərdən sensasyon kəşf

Azərbaycanlı alimlərdən sensasyon kəşf - 1
“Layihə üzərində 10 il iş aparılıb”.
Azərbaycanlı alimlər dəniz suyundan məişət qazı əldə etməyin texnologiyasını işləyib hazırlayıblar.
Bu texnologiya və müvafiq avadanlığın prototipi Bakıda “İntellektual mülkiyyət və innovasiyalar” I Respublika sərgisində nümayiş etdirilib.
Azərbaycanlı alimlər Mürvət Qəribov və Əhəd Bağırov layihənin reallaşdırılmasının təşəbbüskarıdırlar.
Ə.Bağırovun Trend-ə bildirdiyi kimi, yeni texnologiyadan istifadə olunmaqla alınan məişət qazı təbii qazdan 50 dəfə təmizdir, onun kaloriliyi isə iki dəfə çoxdur.
Alim qeyd edib ki, “yeni texnologiyanın üstünlüyü ondan ibarətdir ki, təbii qazın istehsalı üçün xammal tükənməzdir. Bundan başqa, istehsalatın genişləndirilməsi üçün qeyri-məhdud imkanlar mövcuddur. Yüksək faydalı iş əmsalı göstərilən metodun iqtisadi səmərəliliyindən xəbər verir”.
M.Qəribov bildirib ki, istehsal prosesində xammal kimi istifadə olunan dəniz suyu son nəticədə natrium hipoxlorid məhluluna çevrilir ki, ondan həm ümumi, həm də suyun dezinfeksiya edilməsi zamanı istifadə edilir.
Alim texnologiyanın patentləşdirildiyini deyib:
“Məişət qazının alınması üçün bu ekoloji təmiz metod ətraf mühitin mühafizəsində və qlobal istiləşmə ilə mübarizədə mühüm rol oynayacaq. Layihə üzərində son 10 il ərzində iş aparılıb. Əvvəlcə qazın tərkibindəki karbohidrogenin səviyyəsi 1,4 faiz təşkil edirdi. Biz bu göstəricini 85 faizə yüksəltməyə nail olduq. Buna baxmayaraq, birinci metod vasitəsilə alınan məişət qazının yanma sürətinin təbii qazın yanma sürətinə bərabər olmasına baxmayaraq, bu, bizim üçün mühüm amildir. Fikrimcə, bu göstəricini 100 faizə çatdırmaq üçün bizə ən azı bir il vaxt lazım gələcək”.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__6352587

maraqli idi tesekkurler

Qonaq__5881154

Halaldı alimlərimizə.

Qonaq__6526865

coooox gozeldie

Aynurayka

marağlıdı əhsən alimlərimizə

neptun63

Dövlətimiz AZƏRBAYCAN ELMinə dəstək olmalıdır.Orta məktəblərdən hər il yüksək istedada malik uşaqlar cəmiyyətə buraxılır,onların əksəriyyəti ehtiyac üzündən istədiklərinə nail ola bilmir və ya yarı yolda qalırlar.

Qonaq__6535398

Şərq dünyası həmişə insanı təəccübləndirə bilib. Fərəhləndirici nəticədir.

Qonaq__4032458

Allah bu diyara tükənməz sərvət bəxş edib!
Sağ olsunlar alimlərimiz!
İnşallah Azərbaycan xalqı Dövlətimizin köməyi sayəsində bu sərvətdən yararlana biləcək!
Gözümüz aydın olsun!

Qonaq__8218935

Cox gozel

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed