Amerikanı Kolumbdan üç əsr əvvəl müsəlmanlar kəşf ediblər

Amerikanı Kolumbdan üç əsr əvvəl müsəlmanlar kəşf ediblər - 1
“Müsəlmanlar Xristofer Kolumbdan üç əsr əvvəl Amerikanı kəşf ediblər”. Bunu Türkiyənin prezidenti Recep Tayyib Erdoğan deyib.
O bu fikirləri Latın Amerikası müsəlmanlarının İstanbuldakı toplantısında səsləndirib.
Amerikanı Kolumbdan üç əsr əvvəl müsəlmanlar kəşf ediblər - 2
​Erdoğan Kolumbun gündəliyindəki qeydləri əsas gətirib. Bildirib ki, gündəliyin girişində Kolumb Kubadakı bir təpədə məscidin olduğu qeyd edir.
Erdoğan həmçinin qeyd edib ki, “müsəlman dənizçiləri Amerikaya 1178-ci ildə çatıblar”.
Prezident öz nəzəriyyəsinə başqa sübutlar gətirməyib. Əvəzində bildirib ki, “Latin Amerikasıının İslamla əlaqəsi hələ 12-ci əsrin əvvəllərindən başlayıb”.
BBC yazır ki, Kolumb 1492-ci ildə Amerikanı kəşf etdiyinə inanırdı.
1996-cı ildə çap olunan bir məqalədə tarixçi Youssef Mroueh deyir ki, Kolumbun qeydləri müsəlmanların Amerikaya birinci çatdıqlarının sübutudur.
Bəzi alimlər isə inanır ki, Kolumbun dağın bir hissəsinin məscidə bənzəməsi təsviri metaforik məna daşıyır.

Kolumbun Amerikanı kəşf etməsindən əvvəl orada heç bir islami strukturlar olmayıb.
Amerikaya çatan ilk insanlar Asiyadan gələnlər olub.
Şimali Amerikaya səyahət edən ilk avropalı araşdırmaçılar düşünürlər ki, Kolumbdan 500 il əvvəl Skandinaviya tədqiqatçıları burada olub.
BBC

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__5990314

!;?\"1472 türklər Macarıstanı tutmuşdular ....Avropalılar canının hayında idi ....Kolumb bilirdiki Amerikadakılar tyürkdürlər ancaq türklərin qorxusundan onlara qəsdən hindu adı verdi ....Bir xristian Hiyləsi ....

Qonaq__13511044

xeyr x kolumb kesf edib men cografiya muellimesiyem ve bu haqda melumatim var

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed