Ağacdələnlər və kraş-testlər

Ağacdələnlər və kraş-testlər - 1

Çin alimləri ağacdələnlərin sərbəst düşmə sürətindən min dəfə daha artıq yüklənmə ilə gün ərzində 12 min dəfə başla zərbəni necə vura bildiyini anlamaq üçün bu quşları yüksəksürətli kamera ilə çəkib, başlarının üçölçülü modelini hazırlayıb virtual kraş-testlər keçiriblər. Pekinin Beyxan Universitetinin bioloqu Yuybo Fanın rəhbərliyi ilə alimlər qrupu "PLoS ONE" jurnalında dərc olunmuş məqalədə belə bir nəticəyə gəlib ki, ağacdələnin kəlləsi və dimdiyində az miqdarda elastik toxuma "səpələnib". Bu toxumalar vibrasiyanın qarşısını alır və buna görə də ağacdələn hətta bütün günü "dülgərlik" işləri ilə məşğul olsa da baş ağrısı hiss eləmir.
Amerika oftalmoloqu İvan Şvab diqqət edib ki, ağacdələnlərin gördüyü işlər nəticəsində yarana biləcək gözün tor qişasının lay-lay çökməsi, baş-beyin və onurğa beyinin travmaları müşahidə olunmur. O, 2002-ci ildə "British Journal of Ophtalmology" jurnalında dərc etdirdiyi məqalədə qeyd edib ki, ağacdələnlərin sümükləri məsaməli struktura malikdir, aşağı çənələri isə zərbələrin gücünü zəiflədən qığırdaqlı ara qat ilə təchiz olunub. Bundan başqa, çənələri saxlayan əzələlər zərbə anından bir millisaniyə əvvəl gərilib dartılırlar və amortizasiya yastığı yaradıb zərbənin enerjisini elə yayırlar ki, o, beyindən yan keçir.

Ağacdələnlər və kraş-testlər - 2

Çinli tədqiqatçılar həmkarlarının araşdırmalarının həqiqətə uyğun olduğunu qəbul edirlər. Lakin qeyd edirlər ki, əvvəlki təhqiqatçılar ağacdələnlərin hərəkətinin üçölçülü kinematikasına, say qiymətləndirməsinə və quşların sümüklərinin mikrostrukturunun təhqiqatına az diqqət ediblər. Fan və həmkarları bir neçə böyük ala-bəzək ağacdələnlərdən (Dendrocoposmajor)bir neçəsini tutdular. Qeyd edilən quşlar bu növün ən məşhur nümayəndələridir. Daha sonra 512 x 512 piksel ölçülü, saniyədə 2000 kadr çəkən yüksəksürətli videokamera montaj edilmiş qəfəsə quşları saldılar. Xüsusi kompüter proqramı quşların bədənlərinin və dimdiklərinin hərəkətini izləyir və quş qəfəsin taxtalarını deşərkən hər anı qeyd edirdi. Bu zaman zərbələr zərbə qüvvəsini ölçən cihazla qeyd olunurdu. Çəkilişlər göstərdi ki, zərbə zamanı ağacdələnlər dimdiklərini oxvari trayektoriya ilə hərəkət etdirir, bu isə onlara, zərə gücünü maksimum dərəcədə azaltmaqla kəlləyə düşən təzyiqi azaltmağa imkan verir. Alimlər, rentgen tomoqrafı və elektron mikroskop vasitəsilə onların beyinlərinin mikrostrukturunun xəritəsini hazırladılar. Daha sonra alimlər, material sınaqdan keçirən maşın vasitəsilə 12 ağacdələn kəlləsinə 50 və min Nyuton miqdarında güc verməklə onların möhkəmliyini yoxladılar. Hərəkət edən kəlləni möhkəm divarla toqquşduraraq virtual kraş-test keçirdilər. Məlum oldu ki, ağacdələnin beyni onun kəllə boşluğunun içərisində çox möhkəm oturub, buna görə də heç bir toqquşma baş vermir. Kəllə sümükləri nisbətən möhkəm və daha yumşaq hissələrin mozaikasından ibarətdir, bu sümüklər sıxılma vaxtı titrəyişin qarşısını alır.
Dimdiyin aşağı yarısı kəllənin yuxarı yox, aşağı hissəsində baş verən vibrasiyanın çox hissəsinin qarşısını alır, bu da beyni travmalardan qoruyur. Məqalənin müəllifləri hesab edirlər ki, onların təhqiqatı mühəndislərə möhkəmliyinə görə ağacdələn kəlləsindən geri qalmayacaq kaska və dəbilqə hazırlamağa kömək edə bilər.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

elaci25102001

mence agacdelenler haqqinda melumatlar coxx maraqlidir saqolsun shagird.az

barby_2

agaclari,gulleri, quslari,yəni bitki ve heyvanat alemini bir sozle desek tebieti cox sevirem.hele insan ''AZƏRBAYCAN'' kimi cennet yerde boyuyende tebieti sevmemek mumkun deyil mence....tesekkurler bu maraqli xebere gore..................

leopard1

cox sag olun maraqli xebere gore

Qonaq__410874

ağacdelenler dimdiklerinize quvvet

Gülbahar

Maraqlidir.Gözel saytdır.

EL_SHARAAWY

maraqlıdır

Qonaq__704845

maraqlı məqalələrə ğörə çox sağ olun. R.E.18.07.2013.

Qonaq__659709

cok maraqlidi

minayə_xəlilova

çox maraqlıdir

Qonaq__52895

quslar tebietin bir parcasidir

gunay67

maraqli melumat idi

Qonaq__32077

allah tala yaratdiqi her bir canlini ele mukemmel,qusursuz yaratmisdir ki,onun butun hereketleri,qidalanmasi,qurulusu teneffusu,umumiyyetle her bir seyi onu narahat etmir.

ayaks

xosum gelir o heyvandan.1 sekildeki agacdelen qesengdir....

napolion

maraqlidir

Qonaq__265589

maraqlıdı

kkkkk

gözəldir

854

super

yeke_bas

maRAGlidi

mishka

maraqli idi

mishka

maraqli məlumatdi

Qonaq__369608

maraqlıdı(heç oxumadım)

ALN

heqiqeten maraqlidir.

Qonaq__94084

valah oxumadim ama mene ele gelir ki yaxi olar

ulvi_210

BILIRDIM

MusaSow

yarıya qədər oxudum və maraqsızdır

Doktor_Ali

Allahın möcüzəsidir bunu heçnəsiz mükəmməl yaratmaq yalnız Allaha məxsusdur

Qonaq__53234

cox gozel

Qonaq__53234

super

oyan

men bildiklerimin yarisi yazilib

Qonaq__413544

başınıza daş düşsün giclər

VBVN

Cox maraqlidir.

Mirkenan

maraqlidir

Qonaq__586216

Bakı

qedem

YAXSIDI

Alvan2001R

elllllaaaaaaadi hamsını oxudum...

Nərminf

yaxsidi maraqli idi .....................

efsun3008

Maraq dolu tebiet

Qonaq__2051118

çox gozəldir

Qonaq__735109

men hec vaxt tebiet haqqinda gozel sey oxumamisdim

Qonaq__735109

cox maraqli idi super

Qonaq__815891

maraqlidir.yasasin sagird.az
əəəəəəəəəəəəəəəəəəəəlllllllllllllllllllaaaaaaaaaaaaaaaa

Qonaq__1289468

çox əladır

Qonaq__1289468



mənasız həyat

qirilmazzencir

maraqli idi..........(oxuyanlar ucun).........

caanavar

əlaydı beləsini heç oxumamışdım

İlham_Elşad

oxudum maraqli idi

jkf

gozel heyvandir eeeeeeeeeeelllllllaaaaaaaaaaaaaa

Qonaq__1798582

cox super idi

Qonaq__1806714

ela idi deyecekdim amma oxuduqdan sonra lap zehlem getdi

Minaye_Gunel

Oxumadim ancaq maraqli gorsenir

frenksteyn

zordu zor

Qonaq__735124

halaldı bu yasında məqalə yazır. Mənə çata bilməzŞ

SARIF_MURSHUDOV

eladi halal olsun shagird.az

Qonaq__2924684

eladi ela neyi pisdi elaadi elaaa

Qonaq__6665642

Normaldı

Qonaq__7269023

booooombadi

Qonaq__8237311

cox yaxsi ve maraqli idi

Qonaq__8515479

bence agacdelen gozel bir qusdur

Qonaq__16395999

4-cu sinif ucun melumat var

Qonaq__14248603

elllaaaa

Qonaq__14616468

Gözədir amma mən kraş testlər istəmirdim

Qonaq__16157231

agacdelen cox gozel qusdu

Qonaq__16849880

gozeldir huu huu

Qonaq__23299812

quba seheri vel-vele

Qonaq__23536877

Cox gozel

Qonaq__25278156

yaxsiydi ancaq4cu sinifin basa duse bilmediyi seyler varrr

Qonaq__22674670

Maraqli idi 5 aldim

Qonaq__25394208

men 4-cu sinifde oxuyuram menim coooooooox xosuma geldi allah ne gozel canli yaradib birde var ki men bir onun seklini gormusem onun heqiqisini gorseydim♡♡♡♡♡♡♡♡♡♡♡♥♥♥♥♥♥♥♥♥♥♥

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed